SOCAR ilə "ACWA Power" külək, günəş və hidrogen enerjisi layihələrini müzakirə edib
31 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin baş icraçı direktoru Marco Arcelli ilə görüşüb.
SOCAR-ın yaydığı məlumata görüşdə, görüşdə “ACWA Power” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti məmnunluqla qeyd edilib. Bu xüsusda ötən il şirkət tərəfindən Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşasına başlanıldığı və bu layihənin ölkəmizin “yaşıl enerji” strategiyasına və dayanıqlı enerji təhlükəsizliyinə dəyərli töhfə verəcəyi vurğulanıb. Şirkətin Azərbaycanda bərpa olunan enerji sahəsinə sərmayə yatırmasının ölkəmizdə yaradılan əlverişli investisiya mühitinin növbəti təzahürü olduğu bildirilib.
Görüş çərçivəsində cari ilin fevral ayında SOCAR ilə "ACWA Power" şirkəti arasında imzalanan “Azərbaycan Respublikasında dənizdə və quruda külək, günəş fotovoltaik və yaşıl hidrogen kimi bərpa olunan enerji, həmçinin onlarla əlaqəli digər potensial layihələrin birgə işlənməsinə dair” Əməkdaşlıq Sazişi üzrə görülən işlər və gələcək planlar müzakirə edilib.
Tərəflər, həmçinin enerji keçidi, dekarbonizasiya sahələrində əməkdaşlıq imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur













.jpg)



.jpg)
