Azərbaycanlı həkimə ABŞ-da yüksək vəzifə verilib
Azərbaycan əsilli həkim, tibb elmləri doktoru Rauf Şahbazov Nyu-York ştatında yerləşən Albany Tibb Mərkəzinin yeni yaradılan transplantalogiya cərrahiyyəsi şöbəsinin rəhbəri təyin olunub.
Bu barədə Marja-ya Azərbaycan Respublikasının Diaspora Komitəsindən məlumat verilib.
Avqustun 2-dən vəzifəsinin icrasına başlayacaq həmyerlimiz eyni zamanda cərrahiyyə şöbəsindəki Nil Lempert kafedrasına da rəhbərlik edəcək.
Bu vəzifələrə təyin olunana qədər Rauf Şahbazov Nyu-York ştatının Sirakyus şəhərindəki UPSTATE Tibb Universitetində çalışıb. Həmyerlimiz canlı donordan böyrək nəqli proqramının direktoru, mədəaltı vəzi nəqli proqramının cərrahi direktoru və robotik cərrahiyyə proqramının direktoru vəzifələrində çalışıb.
Dr. Rauf Şahbazovun hədəfi transplantasiya və hərtərəfli qayğıya əlçatanlıq imkanları baxımından proqramın güclü tərəflərini, həmçinin təhsil və tədqiqat missiyalarını genişləndirməkdir.
Soydaşımız Azərbaycan Tibb Universitetinin məzunudur. MD, PHD, MRCS Ed, FEBS, qaraciyər, böyrək, mədəaltı vəz transplantasiyası, hepatobiliar cərrahiyyə üzrə mütəxəssisdir.
Bakıdakı 5 nömrəli kliniki şəhər xəstəxanasında, Səudiyyə Ərəbistanının əl-Taif şəhərindəki Kral Feysəl xəstəxanasında cərrah işləyib. Türkiyədə və ABŞ-ın Virciniya Universitetində cərrah-transplantoloq kimi çalışıb, Avropa və Amerikanın müxtəlif klinikalarında uzunmüddətli təlimlər keçib. 2012-ci ildə Amerika Cərrahlar Cəmiyyəti tərəfindən ABŞ-a dəvət alıb.
Amerika Cərrahlar Kolleci, Amerika Cərrah-Transplantoloqlar Cəmiyyəti və Amerika Tibb Assosiasiyası da daxil olmaqla çoxsaylı peşəkar cəmiyyətlərin üzvüdür. 2017-ci ildə Azərbaycan-Amerika Tibb Assosasiyasını yaradaraq, ictimai fəaliyyətə başlayıb.
Elmi jurnallarda onlarla məqalənin müəllifi və ya həmmüəllifidir. “Transplant Cərrahiyyə” kitabında canlı donorun qaraciyər transplantasiyasına dair fəslin müəllifidir. Doğma dilimizdən başqa, ingilis, rus, türk dillərində sərbəst danışır və ərəb dilini bilir.
Qeyd edək ki, R.Şahbazov Dünya Azərbaycanlıların Şuşada keçirilən V (Zəfər) Qurultayının iştirakçısı olub.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
46 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























