Abşeron Logistika Mərkəzi ilə bir sıra Qırğızıstan şirkətləri arasında memorandum imzalanıb
(®) Abşeron Logistika Mərkəzi ilə “Qırğızıstan Dəmir Yolu” dövlət müəssisəsi, həmçinin “Qırğızıstan Poçt” ASC və “Smart Logistics” arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
Verilən məlumata əsasən, “Qırğızıstan Dəmir Yolu” dövlət müəssisəsi ilə imzalanan memorandumun məqsədi yükdaşımaları sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, dəmir yolu nəqliyyatı ilə yükdaşımalarını təkmilləşdirmək, nəqliyyat və logistika sisteminin irəliyə doğru tərəqqi etməsi üçün plan və strategiyaları hazırlamaqdan ibarətdir. Qarşılıqlı əməkdaşlıq çərçivəsində tranzit və idxal-ixrac yükləri üçün müasir logistik həllərin hazırlanması da nəzərdə tutulub.
Mərkəz ilə “Qırğızıstan Poçt” ASC arasında imzalanan memorandumda beynəlxalq logistika sahəsində istehsal, iqtisadi rəqabətliliyi artırmaq, yeni logistik həllərin təklifi istiqamətində əməkdaşlıq qurmaq, müxtəlif nəqliyyat növləri üzrə daşımaların təkmilləşdirilməsi nəzərdə tutulub.
Abşeron Logistika Mərkəzi ilə “Smart Logistics” MMC arasında logistik xidmətlər sahəsində qarşılıqlı əməkdaşlıq haqqında imzalanan memorandumda isə yüklərin qəbulu, yenidən hesablanması, saxlanılması, emalının təşkili, habelə yüklərin anbar sahəsinə yerləşdirilməsi, daşınma sifarişlərinin formalaşdırılması, çıxışa hazırlanması, müvafiq nəqliyyat və göndərilmə sənədlərinin tərtib edilməsi istiqamətində qarşılıqlı təcrübələrin mübadiləsi əks olunub.
Qeyd olunan memorandumlar Gəncə İş Adamları İctimai Birliyi və Azərbaycan-Qırğızıstan Ticarət Evinin birgə təşkilatçılığı ilə Qırğızıstanda baş tutan işgüzar forum zamanı imzalanıb. Bir çox şirkətlərin iştirak etdiyi tədbirin əsas məqsədi ölkələrarası iqtisadi ticarətin gücləndirilməsi və inkişaf etdirilməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)




