Dövlət tekstil şirkətindəki payını satıb
“Sumqayıt Tekstil” MMC-nin dövlətə məxsus payı özəlləşdirilib.“Sumqayıt Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətindəki dövlət payının satışı ilə bağlı 30 may 2023-cü il tarixində elan edilmiş investisiya müsabiqəsinə yekun vurulub. Bu ilin 7 iyul tarixində müsabiqə komissiyası tərəfindən zərflər açılıb və iddiaçıların təklifləri qiymətləndirilib.
Dövlət Xidmətindən Marja.az-a bildirilib ki, İştirakçıların təkliflərinin təhlili aparıldıqdan sonra, daha əlverişli şərtlər təklif edən “Sumqayıt Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan olunub.
Müsabiqə qalibi ilə imzalanmış alqı-satqı müqaviləsinə uyğun olaraq, investor dövlət büdcəsinə 5 milyon manatın köçürülməsinə, həmçinin 2 il ərzində müəssisədə 9,1 milyon manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəliklər götürüb. İnvestisiya Proqramı çərçivəsində müasir avadanlıqların, nəqliyyat vasitələri və texnikanın, xammalın alınması, tikililərin təmiri və yenidən qurulması, infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur.
Müsabiqə qalibi investisiya qoyuluşları nəticəsində müəssisədə 350 yeni iş yerinin yaradılmasını planlaşdırır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
6 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
11 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 23 d. əvvəl
- 25 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq



















