Dünyanın ən böyük boya istehsalçısı Sherwin-Williams Azərbaycanda öz tərəfdaşını seçdi
Dövriyyə və istehsal həcminə görə dünya boya sektorunun lideri olan ABŞ-nın “Sherwin-Williams” şirkəti (www.sherwin-williams.com) Azərbaycanda ticarət və istehsalat fəaliyyəti ilə məşğul olan “LDSP” MMC ilə eksklüziv şərtlər əsasında müqavilə imzalayıb.
Müqaviləni “Sherwin-Williams” şirkətinin Avropa ofisinin satış direktoru Giovanni Battaglia və LDSP MMC-nin təsisçisi Araz Xasıyev imzalayıblar.
Bağlanmış müqaviləyə əsasən “Sherwin-Williams”ın nəzdnində fəaliyyət göstərən, İtaliyanın və eyni zamanda Avropanın ən böyük boya istehsalçılarından biri olan “Sayerlack” (www.sayerlack.com) markasının mebel və sənaye sektoru üçün istehsal etdiyi məhsulların Azərbaycanda topdan və pərakəndə şəkildə satışı LDSP MMC tərəfindən həyata keçiriləcəkdir.
Sherwin-Williams 2022-ci ildə 22 milyard ABŞ dollarından çox satış həyata keçirərək sektorunun qlobal lideri olmaqla 136 istehsal müəssisəsi, 64000 nəfərdən çox işçi, 5000-dən çox anbar və satış şöbəsi ilə dünyanın 120-dən çox ölkəsində fəaliyyət göstərməkdədir.
“LDSP” MMC “Sayerlack” markasının Azərbaycanda suəsaslı, nitroselüloz, poliuretan, akrilik, UV, suəsaslı UV boya, astar və laklarının satışını təşkil edəcək. Sözügedən istehsalçının məhsullarını son istelakçının zövqünə uyğun rəngləndirilməsi sektorda bilinən bütün rəng kataloqları ilə yanaşı “Sayerlack”ın özünə məxsus və geniş rəng seçiminə malik “Wood Colour Plus” kataloqu vasitəsilə həyata keçiriləcəkdir.
Məhsulların satışı üçün nəzərdə tutulmuş onlayn platforma (www.masteryapimarket.az) hazırlıq mərhələsindədir və tezliklə istifadəyə veriləcəkdir.
Məqsəd yerli istehsalçıları daha keyfiyyətli boyalarla və hər il dəyişən dünya mebel rənglərini ölkəmizdə daha tez əlçatan etməkdir.
Şirkətin məhsuları haqqında potensial istifadəçilərə ilk geniş məlumat cari ilin 19-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq “BakuBulid” sərgisində veriləcəkdir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 11 d. əvvəl
- 14 d. əvvəl
-
14 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib






















