ABŞ-dan rekord neft hasilatı proqnozu
ABŞ Enerji İnformasiya Administrasiyasının hesabatına görə, ABŞ-da neft hasilatı bu il əvvəlcədən proqnozlaşdırılandan daha sürətlə artacaq. Hesabata görə, 2024-cü ildə ABŞ-da və qlobal miqyasda istehsal artacaq.ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) ABŞ-ın neft hasilatının bu il gözləniləndən daha sürətli artacağını və Səudiyyə Ərəbistanının hasilatın azaldılması ilə müqavilə bağladığı bazara əlavə xam neft tədarükü təmin edəcəyini proqnozlaşdırır.
Marja.az xəbər verir ki, Çərşənbə axşamı EIA tərəfindən açıqlanan aylıq hesabata görə, quyuların gözləniləndən yüksək məhsuldarlığı və artan xam neft qiymətləri ABŞ-da hasilatı 2023-cü ildə əvvəlki 12,6 milyon barrel proqnozundan rekord səviyyəyə - 12,8 milyon barrelə yüksəltməyə kömək edəcək. ABŞ 2022-ci ildə gündəlik orta hesabla 11,9 milyon barel neft hasil edib.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və müttəfiqlərinin (OPEC+) qiymətləri dəstəkləmək üçün hasilatı azaltmasından sonra ABŞ-ın əlavə neft hasilatının bazarın kəsirini təmin etməyə kömək edəcəyi gözlənilir.
OPEC-in lideri Səudiyyə Ərəbistanı bu yaxınlarda gündəlik 1 milyon barellik hasilatın azaldılmasını daha bir ay uzadaraq hasilatı son illərin ən aşağı səviyyəsinə endirib.
Həm ABŞ-da, həm də dünyada istehsalın artacağı gözlənilir
Gələn il istehsalın həm ABŞ-da, həm də dünyada daha da artacağı gözlənilir. EIA 2024-cü ildə dünya istehsalının bu illə müqayisədə gündəlik 1,7 milyon barel artaraq 103 milyon barrelə çatacağını proqnozlaşdırıb. Bu artımın 70 faizindən çoxunun OPEC-ə daxil olmayan ölkələrdən, ilk növbədə ABŞ, Braziliya, Kanada, Qayana və Norveçdən təmin ediləcəyi gözlənilir. Agentlik ABŞ-ın hasilatın gələn il gündəlik 13,1 milyon barreləyüksələcəyini bildirib.
Digər tərəfdən, EIA, ABŞ-ın bu il emal edilmiş məhsulların istehlakının əvvəllər gözləniləndən daha az olacağını qeyd edib. ABŞ-da hava səyahətlərinin artımı yavaşladığından, ölkə üçüncü rübdə əvvəlki proqnozdan 4 faiz az təyyarə yanacağı istifadə edəcək. EIA-nın benzin və dizel istehlakı üzrə proqnozları da həm üçüncü rüb, həm də bütün il üçün aşağı salınıb.
Bununla belə, EIA-nın ABŞ-da bu il ümumi neft tələbi ilə bağlı proqnozu mayeləşdirilmiş təbii qazdan istifadənin artması səbəbindən yüksəldilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
32 san. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
-
9 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
1 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda daha bir aqropark yaradılıb
Ən çox oxunanlar
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir













.jpg)









