Şirkət rəhbərinin bir evi bir neçə nəfərə necə satdığı məlum olub
Bakıda bir neçə mənzili ayrı-ayrı vətəndaşa sataraq dələduzluq etməkdə təqsirləndirilən Xanlar Cəfərovun cinayət işinin bəzi detalları məlum olub.
Məlumata görə, istintaq materiallarında qeyd olunub ki, X.Cəfərov “Avro Qrand” MMC-nin 2014-cü ildən 2019-cu ilədək direktoru vəzifəsində işləyib.
O, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə MMC tərəfindən paytaxtın Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanında inşa olunan qeyri-yaşayış sahəsinin 150 kv/m-ni 27.05.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Zahid Cəfərova satıb. Lakin şirkət rəhbəri həmin qeyri-yaşayış-sahəsini 2016-cı il tarixdə Rövşən Ələkbərova sataraq ondan 170 min 910 manat pul alıb.
Bundan başqa, X.Cəfərov “Avro Qrand” MMC ilə “Xələfli” MTK arasında bağlanmış müqaviləyə əsasən MTK-nın sifarişi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədə sözügedən MMC tərəfindən inşa olunan binanın sahəsi 86 kv/m-lik mənzilini “Xələfli” MTK-ya məxsus olduğunu bilməsinə baxmayaraq, Rövşən İsmayılova ilkin ödəniş kimi 8 min 500 manat, daha sonra isə 25 min manat pula satıb.
Bundan əlavə, o, digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək “Avro Qrand” MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H. Aslanov 21 ünvanında inşa edilmiş binanın sahəsi 69 kv/m-lik mənzilini Fikrət Ovçiyevə satıb. Lakin şirkət rəhbəri sözügedən mənzili Vəli Tanrıverdiyevə 35 min manat pula təkrar satıb.
Eyni zamanda, X.Cəfərov “Avro Qrand” MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi 10 ünvanında inşa edilmiş binanın sahəsi 98 kv/m-lik mənzilini Rafiq Əbilova satıb. Amma buna baxmayaraq, o, həmin mənzili Babək Vəliyevə 75 min manata sataraq dələduzluq edib.
X.Cəfərov eyni əməllə Kamil Qədirova satdığı mənzili Elvin Bayramova 60 min manata, Həsən Əliyevə məxsus mənzili, Rasim İsmayılova 35 min manata, Rəhman Yusifova məxsus mənzili Tahir İsayevə 73 min manata, Şamil Nəcəfova məxsus mənzili Rauf Paşayevə 18 min manata, Elnur Balakişizadəyə məxsus mənzili Xəzər Əliyevə 62 min manata, Sultan Sultanova məxsus mənzili Rəcəf Orucova 48 min manata və Hikmət Bağırova məxsus mənzili isə Rüfət Qurbanova 47 min 600 manata satıb.
İş üzrə 12 zərərçəkmiş var. Onlara ümumilikdə 1 milyon 500 min manat ziyan dəyib.
İstintaq dövründə ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq, 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, X.Cəfərov daha əvvəl eyni əmələ görə həbs olunub və məhkumluq həyatı yaşayıb.
Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə araşdırılır.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 22 d. əvvəl
-
30 d. əvvəl
"Trendyol’’un məhdud sayda hazırladığı yeni Olimpiya geyim kolleksiyası satışda
-
-
36 d. əvvəl
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
-
39 d. əvvəl
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
- 45 d. əvvəl
-
1 saat əvvəl
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
-
1 saat əvvəl
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
-
2 saat əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
- 2 saat əvvəl
-
3 saat əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Yeni Li Auto L9 Livis krossoveri təqdim edilib - QİYMƏT
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu






















