Qazaxıstan Azərbaycanın 15 illik istiqrazını seçib
Qazaxıstan Mərkəzi Bankı (QMB) Azərbaycan Beynəlxalq Bankının (ABB) Qazaxıstan Vahid Pensiya Yığım Fondunun ABB-nin qiymətli kağızlarına yatırdığı 250 mln. dollarlıq investisiyasının daxil olduğu uzunmüddətli öhdəliklərin könüllü restruktizasiyası ilə bağlı səsvermənin nəticələrini elan edib.
QMB hökumətlə birlikdə təklif edilən 3 variantdan II variantı - ABB-nin öhdəliklərinin illik 3,5% gəlirliliklə Azərbaycanın 15 illik suveren qiymətli kağızlarına dəyişdirilməsi variantını seçib.
Bu barədə Qazaxıstan mətbuatı xəbər verir.
Qeyd edək ki, II variant ABB-nın 250 mln. dollarlıq öhdəliyinin illik 3,5% gəlirliklə 15 illik (2032-ci ilədək) 250 mln. dollarlıq Azərbaycan dövlət qiymətli kağızlarına dəyişdirilməsini nəzərdə tutur.
“ABB-nin məlumatına əsasən, öhdəliklərin könüllü restruktizasiyası prosesinin bu ilin sentyabr ayının birinci yarısında yekunlaşması gözlənilir. QMB-də bununla bağlı bütün lazımi işlər görülür”, - deyə Mərkəzi Bankdan bildirilib.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının öhdəliklərinin könüllü restrukturizasiyası planı kreditorların 18 iyul 2017-ci il tarixində keçirilmiş yığıncağında qəbul olunub.
Yığıncağın nəticələrinə əsasən, restrukturizasiya olunan öhdəliklərin 94,1%-nə malik kreditorlar səsvermə prosesində iştirak edib və onların 93,9%-i planın lehinə səs verib. Restrukturizasiya nəticəsində bankın təxminən 3,34 mlrd. ABŞ dolları məbləğində xarici öhdəliyi ləğv ediləcək, əvəzində xarici kreditorlara bank və dövlət tərəfindən buraxılmış yeni qiymətli kağızlar təqdim olunacaq. Bununla yanaşı, üstün hüquqa malik və subordinasiya borcları üzrə hüququ çatan kreditorlara 10 may - 1 sentyabr 2017-ci il tarixləri ərzində hesablanmış, lakin ödənilməmiş faizlər ödəniləcək.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb





.jpg)









.jpg)





