E-taxes.gov.az portalına kod-parol əvəzinə SİMA Token ilə daxil ol!
(®) 2024-cü il yanvarın 1-dən etibarən vergi ödəyicilərinin e-taxes.gov.az portalında elektron kabinetlərinə vergi orqanı tərəfindən verilmiş kod-paroldan istifadə etməklə daxil olmaq imkanları məhdudlaşdırılacaq. Vergi ödəyiciləri elektron kabinetə yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə daxil ola biləcəklər.
Bu dəyişikliyi nəzərə alaraq diqqətə çatdırmaq istəyirik ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA Token gücləndirilmiş elektron imza vergi ödəyiciləri üçün rahat və təhlükəsiz giriş imkanı təqdim edir.
SİMA Token ilə e-taxes.gov.az saytında elektron kabinetə daxil olaraq bütün xidmətlərin icrasını həyata keçirmək mümkündür. Bura vergi bəyannamələrinin elektron qaydada təqdim edilməsi, “Əmək müqaviləsi Bildirişi”nin elektron qeydiyyata alınması, mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura göndərilməsi və digər elektron xidmətləri aid etmək olar.
Qeyd edək ki, SİMA Token “AzInTelecom” MMC-nin yaratdığı SİMA rəqəmsal həllər platformasına daxildir. İmza tələb edilən bütün sahələrdə tətbiqi mümkün olan SİMA Tokeni vətəndaşlar, hüquqi şəxslər, sahibkarlar və dövlət qurumları əldə edə bilərlər.
SİMA Token imza sertifikatı birdəfəlik ödəniş əsasında 3 illik verilir və aylıq ödənişə ehtiyac yoxdur. Üç iş günü ərzində hazır olan imza sertifikatının alınması zamanı vaxt itkisinin aradan qaldırılması məqsədilə token.sima.az saytı vasitəsilə onlayn müraciət imkanı mövcuddur. Həmçinin vətəndaşlar Bakı şəhərində Üzeyir Hacıbəyli küçəsi 72 ünvanında yerləşən Mərkəzi Poçt Şöbəsindən, bölgələrdə isə poçt şöbələrinə müraciət edərək SİMA Token əldə edə bilərlər.
İstifadəçilər SİMA Token imza sertifikatının itirilməsi, oğurlanması, texniki zədələnməsi hallarında, eləcə də digər çətinlik və suallarla əlaqədar “AzInTelecom” MMC-nin “157” Çağrı Mərkəzinə zəng edə bilərlər.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
9 d. əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 26 d. əvvəl
-
31 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 32 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın sığorta bazarı kiçilib
Ən çox oxunanlar
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı




















