Sürücülərin nəzərinə: 4 gün qaldı
Avqustun 1-ə qədər avtomobillərini texniki baxışdan keçirməyən avtomobil sahibləri inzibati məsuliyyətə cəlb olunacaq.
Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, iyul ayının 31-də minik avtomobillərinin texniki baxış müddəti başa çatır:
“Texniki baxış müddətinin bitməsinə 4 gün qalıb. 4 gündən sonra xarici dövlətlərin baza modeli əsasında istehsal olunan minik avtomobillərinin texniki baxış müddəti başa çatır. Avtomobil sahibləri texniki baxışdan keçmədən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət daşıyırlar. Fiziki şəxslərə 50 manat, vəzifəli şəxslərə 100 manat, hüquqi şəxslərə isə 300 manat məbləğində cərimə tətbiq olunacaq”.
Qeyd edək ki, minik avtomobilləri 1 may-31 iyul tarixləri aralığında texniki baxışdan keçməlidir. Qanunvericiliyə əsasən, minik avtomobilləri istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci ildə və bundan sonrakı müddətdə hər il texniki baxışdan keçirilməlidir.
Yük avtomobilləri və avtobusların texniki baxışı isə 1 avqust-31 oktyabr tarixləri aralığında baş tutacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)





.jpg)




