Son iki ildə avtomobil nəqliyyatının ölkənin xidmət ixracında rolu ciddi artıb
Son iki ildə ölkəmizin beynəlxalq avtomobil daşımaları bazarının inkişafı, yerli daşıyıcıların təşviqi və onların bazar payının artırılması müşahidə olunur. Azərbaycan daşıyıcılarının sayı və daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin parkı da genişlənib. Bu il aprelin 8-də beynəlxalq avtomobil daşımalarına buraxılış qaydalarının tətbiqi də Azərbaycanın beynəlxalq avtomobil daşımaları bazarının inkişafına müsbət təsir göstərib.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) apardığı təhlillər onu göstərir ki, 2023-cü ilin ilk yarısında ölkədə Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının sayı 122 min 49 olub. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 67% çoxdur.
Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə 3-cü ölkə daşımaları üzrə göstəricilərdə də artım dinamikası müşahidə edilir. Azərbaycan daşıyıcıları 2022-ci ilin yanvar-iyun ayında 14 min 151 ədəd 3-cü ölkə daşımaları (xarici ölkədən digər xarici ölkəyə) həyata keçirib. 2023-cü ilin müvafiq dövründə bu göstərici 27 min 743 olub.
2022-ci ildə 3-cü ölkə daşımaları üzrə Azərbaycan daşıyıcılarının həyata keçirdiyi daşımaların qeyri-neft ixracına nisbəti 6% olub. 2023-cü ilin tək 6 ayında bu göstərici 9.4%-ə çatıb. AYNA-nın hesablamalarına görə, cari ilin ilk yarısında 3-cü ölkə beynəlxalq yük daşımaları üzrə xidmətlərin ixracı 166 milyon 500 min dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
2022-ci ildə Azərbaycan daşıyıcılarının ikitərəfli daşımalar üzrə həyata keçirdiyi daşımaların qeyri-neft ixracına nisbəti 15,5% ilə yekunlaşıb. Bu ilin təkcə 6 ayında analoji göstərici 21,5% təşkil edib. 2023-cü ilin ilk yarısında ikitərəfli beynəlxalq yük daşımaları üzrə xidmətlərin ixracı 377 milyon 200 min dollar səviyyəsində qiymətləndirilir. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 60% çoxdur.
Ümumilikdə qeyri-neft ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaların yaratdığı gəlir 2023-cü ilin 6 ayında 543 milyon 700 min dollar səviyyəsində qiymətləndirilir. Bunun da qeyri-neft ixracına nisbəti 30,7 faiz edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
8 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
8 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
13 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 18 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb

























