Bakıda mənəvi və fiziki təcrübələr festivalı keçiriləcəkdir
Bakıda “Nine Senses Fest” adlı mənəvi və fiziki təcrübələr festivalı keçiriləcəkdir.“Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində “Nine Senses Fest” beynəlxalq festivalı ərəfəsində KİV nümayəndələri ilə görüş keçirilib.
Təşkilatçının yaydığı məlumatda bildirilir ki, görüş zamanı “Nine Senses”in akademik direktoru və “Nine Senses Fest” beynəlxalq festivalının kuratoru Natalya Jukova mətbuat nümayəndələrini öncə incəsənət mərkəzi ilə tanış edib, mərkəzin fəaliyyəti ilə bağlı geniş informasiya verib. Daha sonra Natalya Jukova 6-8 oktyabr tarixlərində Bakıda keçiriləcək “Nine Senses Fest” beynəlxalq festivalı haqqında jurnalistlərə geniş məlumat verib və KİV nümayəndələrinin suallarını cavablandırıb.
““Nine Senses Fest” beynəlxalq festivalı “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyilə keçirilir. Nine Senses Fest” beynəlxalq festivalı ruh, bədən və ağıl (Spirit, Body, Mind) istiqamətləri arasında təcrübələr festivalıdır. Məqsədimiz üç istiqamətdə fəaliyyət göstərən peşəkar mütəxəssisləri bir araya gətirmək və festival iştirkaçılarına təqdim etməkdir. Festivalda Azərbaycanın, həmçinin dünyanın ən peşəkarlar mütəxəssislərinin ustad dərsləri keçiriləcəkdir. Biz sizə dünyanın müxtəlif ölkələrindən ən yaxşı mütəxəssisləri, istiqamət hedlaynerlərini və mənəvi saflığa xidmət edən məktəblərin rəhbərlərini dəvət etmişik”-deyə Natalya Jukova qeyd edib.
O, festivalın keçiriləcəyi məkanlar haqqında da danışıb: “Festival 3 məkanda keçiriləcəkdir. Festivalın birinci günü, yəni 6 oktyabrda “The club Port Baku”-da, 7-8 oktyabr tarixlərində isə “Nine Senses” yaradıcılıq və incəsənət mərkəzində və “Sea Breeze Resort”, həmçinin “SeaBreeze Event Hall”-da keçiriləcəkdir”.
Natalya Jukova artıq biletlərin satışa çıxarıldığını da vurğulayıb: “Biletlərin qiyməti 150 manat təşkil edir. Məbləğə 3 gün ərzində istənilən ustad dərslərinə və bütün festival tədbirlərinə giriş daxildir. Biletləri https://fest.ninesenses.az/az/ saytından onlayn formada əldə edə, həmçinin festivalın proqramı ilə də tanış ola bilərsiniz.
Bundan əlavə festival haqqında geniş məlumat əldə etmək üçün https://www.instagram.com/ninesensesfest İnstaqram səhifəsindən məlumatı ala bilərsiniz. Hər kəsi festivalda gözləyirik”.
Qeyd edilib ki, “Nine Senses Fest” festivalında yoqanın müxtəlif sahələri: kriya, kundalini, hatha, nidra. Artistic yoqa, meditasiya təcrübələri, bədən yönümlü təcrübələr, rəqs məşqləri, saund-hilinq, stretçinq və gimnastika, tsiqun, terapevtik ustad dərsləri, art terapiya, terapevtik qrup məşqləri və qrup sağlamlıq və həyat kouçluğu təlimləri olacaqdır.
Onu da xüsusi olaraq bildirək ki, tədbirin 4 hedlayneri olacaqdır:
1. İmran Kriya - yoqa ustadıdır, eyni zamanda, musiqiçi, bəstəkar və multiinstrumentalist.
2. Anna Vladimirova - həkim, Çin təbabəti üzrə mütəxəssisdir. Wu Ming Dao şəfalı təcrübələr məktəbinin təsisçisi, osteoxondroz, skolioz, fəqərəarası yırtıqlar və onurğa sütununun strukturunun pozulması ilə əlaqəli digər xəstəliklərin dərmansız müalicəsinin patentləşdirilmiş metodunun müəllifidir.
3. Mətanət Babayeva – psixi və emosional sağlamlıq, eləcə də korporativ mədəniyyətdə məhsuldarlıqla iş üzrə mütəxəssis. Azərbaycanda insan resursları sahəsində aparıcı mütəxəssislərdən biri.
4. Nandan Qautam – müasir idman təbabətini və qədim yoqa müdrikliyini özündə birləşdirən daha canlı və yeni bir yoqa forması olan CEO Artistic Yoqa məktəbinin ustadı və rəhbəri. O, ABŞ-da təhsil alıb, USA Today-də işləyib və ruhani müəllim Dr. Bharat Thakurdan yoqa öyrənmək üçün Hindistana qayıdıb. Nandan yoqa, musiqi və meditasiyanın məlum olmayan sirli sahələrini araşdırır, daxili rahatlıq və məmnunluq hissini tapmağa kömək edir.
Bildirilib ki, əl işlərindən ibarət tematik yarmarka və qaranlıqda teatr adlı musiqili proqram təşkil olacaqdır. Festivalın sonunda isə hedlayner İmran Kriyanın canlı meditasiya konserti və məşhur müğənni Çingiz Mustafayevin canlı konsert proqramları təşkil olunacaqdır.
Festivalın əlaqə nömrələri:
+994103100203
+994552555412
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Asiya İnkişaf Bankı Abşeron dairəvi xəttinin yenidən qurulmasına kömək edəcək
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Agentlik və Sahibkarlar Təşkilatının Milli Konfederasiyası Memorandum imzalayıb
-
4 saat əvvəl
Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış keçirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda avtomobil istehsalında tənəzzül böyüyür
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Qarabağdakı klinika üçün 4,7 milyon manatlıq mebel və avadanlıqlar alınır - QALİB "VIVA MEDICAL GROUP"DUR
Ən çox oxunanlar
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
Azərbaycan neftinin son qiyməti
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Misin qiyməti tarixi ən yüksək səviyyədə
Azərbaycanda 75 milyon manata su kanalı qurulacaq
Gümüşün qiymətində yeni rekord
























.jpg)


