Poçt operatorları: "Lisenziya alınması zamanı çətinliklər ilə üzləşirik"
Azərbaycandakı poçt operatorları dayanma, durma və parklanma qaydalarının pozulmasına görə ödənilən cərimələrə imtiyaz və ya güzəşt tətbiq olunmasını istəyir.Azərbaycan Respublikasının telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə fəaliyyət göstərən poçt operatorları ilə “Effektiv tənzimləmə sağlam rəqabətin əsası kimi” mövzusunda görüş keçirib.
Marja.az-ın məlumatına görə, görüşün keçirilməsində əsas məqsəd poçt operatorlarının qarşılaşdıqları problemlərin operativ qaydada həll edilməsi üçün tənzimləyici çərçivələrin formalaşdırılmasında zəruri addımların atılması, poçt rabitəsinin tənzimlənməsi sahəsində toplanmış xarici təcrübənin ümumiləşdirilməsi və təcrübə yönümlü yanaşmaların işlənib hazırlanması, eləcə də poçt rabitəsi sahəsində işin səmərəliliyinin artırılmasında operatorların rəy və təkliflərinin dinlənilməsidir.
Görüş zamanı İKTA və poçt operatorları arasında əməkdaşlıq çərçivəsində bu kimi müzakirələrin əhəmiyyəti vurğulanaraq poçt rabitəsi sahəsində tənzimlənmənin, buradakı xidmət bazarlarının təhlili və formalaşdırılmasının, hər bir bazar iştirakçısı üçün şəffaflığın və ədalətli yanaşmanın təmin edilməsinin vacibliyi vurğulanıb.
Görüşdə iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikirlər səsləndirilib. Qeyd edilib ki, poçt rabitəsi sahəsində hazırkı qanunvericilik daha çox universal poçt xidmətlərini əhatə edir və xidmət bazarlarında daha rəqabətli və müasir poçt xidmətlərinin tələblərinə cavab verən yeni qanunvericilik bazasının yaradılmasına ehtiyac yaranıb.
Bu istiqamətdə ilk addım olaraq hazırda İKTA tərəfindən poçt operatorlarının xidmət bazarında fəaliyyətinin tənizmlənməsi məqsədilə “Sürətli poçt xidməti üzrə lisenziya şərtlərinə dair Qaydaları”n layihəsinin hazırlanması və təsdiq edilməsi, “Poçt haqqında” mövcud qanuna zəruri dəyişiklik layihəsinin hazırlanması istiqamətində işlərin aparıldığı, növbəti mərhələlərdə isə “Poçt haqqında” yeni qanun layihəsinin hazırlanacağı diqqətə çatdırılıb.
Poçt operatorları lisenziya alınması zamanı üzləşdikləri çətinliklərdən danışıblar. Bildirilib ki, lisenziya alınması zamanı onlara qoyulan bəzi tələblər regionlarda poçt obyektlərinin fəaliyyəti üçün uyğun məkanların tapılmasında çətinliklər yaradır. Bundan başqa, poçt bağlamaları daşıyan nəqliyyat vasitələri tərəfindən dayanma, durma və parklanma qaydalarının pozulmasına görə ödənilən cərimələrə imtiyaz və ya güzəşt tətbiq olunması məsələsi də nəzərdən keçirilib.
Müzakirələrdə agentlik nümayəndələri tərəfindən xidmət bazarında keyfiyyətə müsbət təsir göstərəcək bir sıra vacib məsələlərə toxunulub. Poçt operatorları öz növbəsində qeyd ediblər ki, rəqabət mühitinin formalaşdırılması və xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə poçt operatorlarına qarşı qoyulan tələblər sərtləşdirilməli, eləcə də xidmət bazarında haqsız rəqabətin qarşısını almaq məqsədilə lisenziyasız fəaliyyət göstərən poçt operatorlarına qarşı yoxlamalar artırılmalı və cəza tədbirləri görülməlidir.
İştirakçılar tərəfindən bu kimi görüşlərin gələcəkdə də keçirilməsi və poçt operatorları ilə əməkdaşlığın daha da gücləndirilməsinin önəmi vurğulanıb.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
16 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
16 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
18 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















