BOKT illik 14 faizlə 1 milyon manat borc alır - İstiqrazların ticarətə buraxlma tarixi açıqlandı
10 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kredaqro” BOKT MMC-nin ümumi dəyəri 500 min manat olan AZ2005009165 ISIN-li və ümumi dəyəri 500 min manat olan AZ2004009166 ISIN-li istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Bu barədə Marja.az Bakı Fond Birjasına istinadən xəbər verir.
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 10000 ədəd, hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 14%, tədavül müddəti 24 ay, kupon faizlərinin ödəniş müddəti rübdə bir dəfədir.
12 oktyabr 2023-cü il tarixində “Kredaqro” BOKT MMC istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.
Xəbər verdiyimiz kimi, "Kredaqro Bank Omayan Kredit Təşkilatı" MMC hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxıb. Baza Emissiya Prospektinə görə, istiqraz buraxılışı yolu ilə 2 milyon manat cəlb edilməsi nəzərdə tutulur. İstiqrazılar üzrə illik faiz dərəcəsi 14%, faiz ödəniş dövrünün müddəti 90 gündən biridir. Tədavül müddəti isə 24 aydır.
İstiqrazların emissiyası aşağıda qeyd olunan buraxılışlarla həyata keçiriləcək:
1-ci buraxılış üzrə 500 000 (beş yüz min) manat həcmində, 24 ay, illik 14%;
2-ci buraxılış üzrə 500 000 (beş yüz min) manat həcmində, 24 ay, illik 14%;
3-cü buraxılış üzrə 500 000 (beş yüz min) manat həcmində, 24 ay, illik 14%;
4-cü buraxılış üzrə 500 000 (beş yüz min) manat həcmində, 24 ay, illik 14%
"Kredaqro BOKT" MMC-nin nizamnamə kapitalı 100% payla "Aqromostfinans" MMC-yə (Rusiya Federasiyası) məxsusdur.
Buraxılışın anderrayteri "Capital Partners İnvestisiya Şirkəti" QSC-dir.
"KredAqro BOKT" MMC, 2000-ci ildə ABŞ–ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsi çərçivəsində Azərbaycanın doqquz regionunda sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi üçün yaradılmışdır. Onun əsası, ACDI/VOCA (Kənd Təsərrüfatının Kooperativ İnkişafı) ABŞ-ın qeyri-hökumət beynəlxalq inkişaf təşkilatı və Azərbaycan Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsinin içraçısı tərəfindən qoyulmuşdur. "KredAqro" bu layihə çərçivəsində, ABŞ –dan texniki yardım və 3 milyon dəyərində kredit kapitalı almışdır. 2008 –ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyi "KredAqro"nun təsisçisi olan ACDI/VOCA –ya "KredAqro"nun tam mülkiyyət hüququnu vermişdir. Təşkilat daşınar və daşınmaz əmlak təminatlı kreditlər verir. "KredAqro"nun Sumqayıtda, Qubada, Ağdaşda, Bərdədə, Gəncədə, Tovuzda, Qazaxda, Cəlilabadda, Masallıda, İsmayillıda və Zaqatalada 11 filialdan ibarət şəbəkəsi vardır. Hazırda “KREDAQRO” BOKT MMC-nin tək təsisçisi "Aqromostfinans" MMC-dir (Rusiya Federasiyası).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 14 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub






















