"Hazırda sabit məzənnə rejimindəyik və özünü doğruldur"
"Mərkəzi Bankın əsas siyasəti makroiqtisadi sabitliyi təmin etməkdir. Buna nail olmaq üçün hansı məzənnə rejimi daha effektlidirsə, onu da istifadə edəcəyik"."Avqust ayının sonuna olan məlumata görə, Manatın nominal effektiv məzənnəsi 19% bahalaşıb. Manatın nomianl effektiv məzənnəsi bahalaşan zaman (Manat ölkəmizin əsas ticarət tərəfdaşlarının valyutalarına nisbətdə möhkəmlənir), idxalçılarımız daha az manat xərcləyərək eyni miqdarda və ya daha çox məhsullar alırlar. Bunun da hesabına inflyasiya az idxal olunur".
Marja.az xəbər verir ki, bunu AZTV-yə müsahibəsində Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Mərkəzi Bankın sədri Manatın məzənnəsi ilə bağlı müzakirələrə qoşularaq bildirib ki, hazırda Dollar/Azərbaycan manatı cütlüyü sabit məzənnə rejimindədir:
"Mərkəzi bankların məzənnə siyasətləri olmur, məzənnə rejimi olur. Mərkəzi Bank pul siyasətini həyata keçirir. Məzənnə rejiminə gəldikdə isə - bizim məzənnə rejimimiz sabit məzənnə rejimidir. Bunu mən bir neçə dəfə söyləmişəm. Mərkəzi Bankın əsas siyasəti makroiqtisadi sabitliyi təmin etməkdir. Buna nail olmaq üçün hansı məzənnə rejimi daha effektlidirsə, onu da istifadə edəcəyik. 2017-ci ildən biz sabit məzənnə rejimindəyik və bu rejim özünü doğruldur. Mətbuatda oxuyuram - neftin qiyməti, Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşmaları əsas gətirilərək Manatın məzənnəsi müzakirə olunur. Bu məsələdə də öz şərhlərimi verirəm: İlk növbədə Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının kəskin uzuclaşmasının Manatın məzənnəsinə və valyuta bazarımıza birbaşa təsiri yoxdur. Bizim inflyasiyaya təsiri var. Bizim əsas ticarət tərəfdaşlarının valyutaları kəskin ucuzlaşan zaman qısa müddətdə – 3-6 ayda bizim inflyasiyamız azalır. Çünki həmin ölkələrdən idxal olunan mallar ucuzlaşır. Əgər həmin ölkələrdə milli valyutaların ucuzlaşması qalıcı olursa, orada inflyasiya yüksəlir və artıq 3-6 aydan sonra həmin inflyasiya bizim bazara da idxal olunur.
Neft qiymətlərinin məzənnəyə təsirinə gəldikdə - Azərbaycanın valyuta gəlirləri birbaşa iqtisadiyyata daxil olmur. Neft gəlirləri əvvəlcə Dövlət Neft Fondunda yığılır. Hazırda enerji qiymətləri yüksək olduğundan və qeyri-neft ixracı artdığından Azərbaycanın cari əməliyyatı profisitlidir. Avqust ayının sonuna olan məlumata görə ölkəmizin valyuta ehtiyatları 14,9% artaraq 67,5 milyard ABŞ dollarına çatıb. Mərkəzi Bankın valyuta ehtiyatları 4 faizdən bir qədər çox aratraq 9,4 milyard ABŞ dollarına yüksəlib".
BAZARDA DOLLAR ÇOX, AMMA ALAN YOX
Taleh Kazımov əlavə edib ki, Bu gün Azərbaycanın valyuta bazarında təklif tələbi kifayət qədər üstələyir:
"Yəni, valyuta bazarımızda kifayət qədər valyuta təklifi var, lakin tələb aşağıdır. 2023-cü ilin ötən dövrü ərzində Mərkəzi Bank məzənnəni sabit rejimdə saxlamaq üçün alış yönümlü müdaxilə edərək bazardan 566 milyon dollar alıb. Bu 566 milyon dollarlıq alışın 444 milyon dolları (78%-i red) yalnız sentyabr ayında olub. Əhalinin Azərbaycan manatına inamı daha da artır. Enerji qiymətləri yüksək olduğundan bizim valyuta gəlirlərimiz artır".
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 9 saat sonra
-
4 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
5 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 8 saat əvvəl
-
10 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi




















