Ölkəmizdə ilk dəfə “Təhsil Menecmenti Zirvəsi” keçiriləcək!
(®) Təhsil Menecmenti Zirvəsi 23 noyabr 2023-cü il tarixində "Baku Marriott Hotel Boulevard"da "Roof Academic Training" və "Facemark" şirkətlərinin birgə təşkilatçılığı ilə keçiriləcəkdir!
Tədbirin keçirilməsində məqsəd təhsil sistemi və xidmətlərinin effektiv təşkili, kadrların idarə olunması, təhsildə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli təhsilin tədrisi , yeni dünyaya inteqrasiya istiqamətində doğru bildiyimiz yanlışları müəyyənləşdirmək, dövlət və özəl təhsil müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdır.
Zirvə bütöv bir günü əhatə etməklə 3 fərqli panel və 15-dək spiker və moderatorun iştirakı ilə "Gələcək İndi" şüarı altında öz sahəsinin 300-dən çox rəhbər və qərarverici şəxslərinin iştirakı ilə keçiriləcəkdir. Təhsil Menecmenti Zirvəsində özəl və dövlət təhsil müəssisələrinin rəhbərləri, icraçı direktorları, akademik rəhbərlər, müxtəlif dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarların iştirakı ilə təhsil sahəsindəki son trendlərin, tətbiq olunan yeniliklərin, müasir innovasiyalar və qabaqcıl təcrübələrin müzakirə və fikir mübadilələri əsasında paylaşılması nəzərdə tutulub.
Tədbir “Təhsildə strateji idarəetmə”, “Təhsildə rəqəmsallaşma və innovasiyalar”, “Yeni nəsil, yeni istəklə” panelləri və təhsildə idarəetmə modelləri, təhsildə keyfiyyətə təminat və akkreditasiya, təhsildə və təhsil idarəetməsində yeni texnologiyaların tətbiqi, standartları yüksəltməyin yolları mövzuları üzrə davam edəcəkdir.
Zirvə haqqında ətraflı məlumatı www.tmz.az rəsmi veb saytı və sosial media hesablarından əldə etmək mümkündür.
Facebook: https://www.facebook.com/tehsilmenecmentizirvesi
İnstaqram: https://www.instagram.com/tmzbaku
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
4 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
4 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
4 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
5 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






















