Dövlət Xidməti ərzaq məhsullarının qiymətlərinə nəzarətini gücləndirdi
Ərzaq məhsulları bazarında qiymətlərə təsir gücünə malik olan və hökmran mövqeyindən sui-istifadə edərək qiymət artımlarına səbəb olan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verən təsərrüfat subyektlərinə qarşı qanunamüvafiq tədbirlər görüləcək.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əhalinin istehlak səbətində əsas yer tutan ərzaq məhsulları bazarında qiymət dəyişiklikləri üzrə monitorinqləri gücləndirir. Nazirlər Kabinetində “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun növbəti iclasında sosial əhəmiyyətli ərzaq məhsullarındakı qiymət dəyişikliklərinin səbəblərinin müəyyən edilməsi və əsassız qiymət artımına qarşı tədbirlərin görülməsi istiqamətində aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.
Marja.az Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, qeyd olunan tapşırıqlardan irəli gələrək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti öz mandatı çərçivəsində ərzaq məhsulları bazarında qiymətlərə təsir gücünə malik olan və hökmran mövqeyindən sui-istifadə edərək qiymət artımlarına səbəb olan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verən təsərrüfat subyektlərinə qarşı qanunamüvafiq tədbirlərin görülməsi ilə bağlı fəaliyyətini genişləndirəcək.
Qeyd edilib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mütəmadi əsaslarla istehlak bazarında qiymət monitorinqi və rəqabət təhlilləri aparır. Cari il ərzində Dövlət Xidməti tərəfindən minimum istehlak səbətinə daxil olan və əhalinin ərzaq təminatında əsas yer tutan qida məhsulları, o cümlədən un və un məmulatları, şəkər tozu, iri və xırdabuynuzlu heyvan əti, toyuq əti, kərə yağı, düyü, qarabaşaq, ağartı məhsullarının və s. qiymətləri ilə bağlı monitorinqlər aparılıb. 2023-cü ilin 13 oktyabr tarixinə olan məlumata əsasən, ötən il ilə müqayisədə cari ilin oktyabr ayında aparılan monitorinqlər zamanı şəkər tozu, makaron, çay, dana əti, qoyun əti, toyuq əti, düyü, süd, pendir, yerli istehsal olan kərə yağları və soğan qiymətlərində artımlar müşahidə edilib. Bəzi məhsul kateqoriyaları üzrə isə qiymətlərin enməsi qeydə alınıb. Bu məhsullara çörək, yumurta, günəbaxan və qarğıdalı yağı, marqarin, kartof, qarabaşaq, kələm, sarımsaq daxildir. Bundan əlavə, 1 kq-lıq qablaşdırmada təqdim edilən un qiymətlərində artım müşahidə olunsa da, 50 kq-lıq un kisəsinin qiymətində azalmalar baş verib.
Əsassız qiymət dəyişikliyinin qarşısının alınması və bazarda rəqabətin təmin olunması məqsədilə Dövlət Xidməti tərəfindən 2023-cü ilin II rübündən etibarən iri və xırdabuynuzlu heyvan əti bazarı və ümumilikdə kənd təsərrüfatı sektorunda müxtəlif təchizat zəncirləri üzrə qiymət artımı səbəblərinin bazarın rəqabət vəziyyəti ilə əlaqəli olub-olmamasının araşdırılması məqsədilə geniş təhlil və araşdırmalara başlanılıb.
Aparılan araşdırmaların nəticələrinə əsasən, heyvandarlıq (iri və xırdabuynuzlu heyvan əti) və bitkiçilik istiqamətləri (kartof, soğan, pomidor və s.) üzrə müxtəlif dəyər zəncirlərində fəaliyyətin əsasən ailə kəndli-təsərrüfatları, fərdi sahibkarlar tərəfindən həyata keçirildiyi müəyyən edilib. Bununla belə, kənd təsərrüfatı sektorunda müəssisə əsaslı satış və istehsalın zəif olması, regional topdansatış məntəqələrinin az olması və digər amillərin istehsal xərclərini artırdığı müəyyən edilib.
Dövlət Xidməti tərəfindən bazarda aparılan monitorinq və rəqabət təhlilləri zamanı rəqabətin pozulduğu hallar aşkar edildiyi təqdirdə, pozuntuya yol vermiş təsərrüfat subyektlərinə qarşı antiinhisar qanunvericiliyinin tələblərinə uyğun olaraq ciddi tədbirlər görüləcəkdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 saat sonra
- 10 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
10 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
11 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
13 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
14 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
14 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
