Bakıda Qarabağdan gətirilən 3 tona yaxın bal satışa çıxarılıb
Arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkasına fermerlər tərəfindən ən çox çiçək və cökə balı satışa çıxarılıb.
Marja.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanın bütün iqtisadi rayonlarını təmsil edən 250 arıçı tərəfindən satışa ümumilikdə 57,6 ton çiçək və 20,5 ton cökə balı gətirilib. Çiçək və cökə balları yarmarka dövründə satışa təqdim olunan arıçılıq məhsullarının 80%-ni təşkil edir.
Bundan başqa, arıçı fermerlər satışa 2,9 ton qaratikan balı, 2,7 ton may balı, 3,6 ton meşə balı, 705 kq dağ balı, 120 kq biyan balı çıxarıblar. Yarmarkadan, həmçinin çəmən balı, şabalıd balı, mum, propolis, çiçək tozu, güləm, podmor, propolis cövhəri, arı südü, arıçılıq məhsullarından hazırlanan kosmetik vasitələr əldə etmək olar.
Ümumilikdə yarmarkaya 95 tondan çox arıçılıq məhsulları çıxarılıb. Satışa çıxarılan məhsulların 3 tona qədəri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.
Qeyd edək ki, arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış yarmarkası 22 oktyabr 19:00-dək davam edəcək.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) keçirilən yarmarkanın təşkilatçıları Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























