Tesla-nın xalis mənfəəti kəskin azalıb
ABŞ-ın elektrik avtomobil istehsalçısı Tesla-nın mənfəəti, bütün dünyada avtomobil qiymətlərinə endirimlərin təsiri nəticəsində ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 44 faiz azalıb.Tesla bu ilin üçüncü rübü üzrə balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin gəliri 2023-cü ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 23,4 milyard dollar təşkil edib. Tesla 2022-ci ilin üçüncü rübündə 21,5 milyard dollar gəlirlər əldə etmişdi.
Elektrikli avtomobil istehsalçısının xalis mənfəəti bu ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 44 faiz azalaraq 1,9 milyard dollara düşüb. Keçən ilin eyni dövründə Teslanın xalis mənfəəti 3,3 milyard dollar olmuşdu.
Şirkətin 2022-ci ilin üçüncü rübündə 95 sent olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 53 sentə düşüb.
Keçən ilin üçüncü rübündə 25,1% olan Teslanın ümumi mənfəət marjası, şirkətin qiymət endirimləri vasitəsilə satışları artırmaq səylərinin təsiri ilə bu ilin eyni dövründə 17,9 faizə enib.
Tesla 2023-cü ilin üçüncü rübündə qlobal miqyasda 430 min 488 avtomobil istehsal etdiyi halda, 435 min 59 avtomobil tədarük edib.
Bu dövrdə şirkətin avtomobil istehsalı illik müqayisədə 18 faiz, təhvil verilən avtomobillərin sayı isə 27 faiz artıb.
Tesla-nın yaydığı açıqlamada, şirkətin əsas hədəflərinin bu ilin üçüncü rübündə dəyişmədiyi - bu hədəflərin hər bir avtomobilə düşən xərcləri azaltmaq, çatdırılma həcmlərini maksimuma çatdıraraq sərbəst pul axını yaratmaq, süni intellekt və digər layihələrə sərmayə qoymağa davam etmək olduğu bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 11 d. əvvəl
-
-
14 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 17 d. əvvəl
- 30 d. əvvəl
- 33 d. əvvəl
- 40 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)











.jpg)







