"Xaricə göndərdiyimiz 1000-dən çox xəstənin hamısı uğurla müalicə olunub"
Tibbi turizm sahəsində fəaliyyət "A-Medical" şirkətinin direktoru Ziba Valehovanın Marja.az-a müsahibəsi.
- Ziba xanım, "A-Medical" şirkəti tibbi turizm sahəsində fəaliyyət göstərir. Qısa olaraq məlumat verərdiniz - tibbi turizm dedikdə nə başa düşülür? Bu xidmətin tibbi və turistik tərəfləri hansılardır?
- Tibbi turizm tibbi prosedurlar, müalicələr və ya əməliyyatlar üçün xarici ölkəyə səyahət etmək deməkdir. Tibbi aspektə, təcrübəli mütəxəssislər tərəfindən göstərilən yüksək keyfiyyətli səhiyyə xidmətləri, turist aspektinə isə xəstələrin getdikləri ölkədə görməli yerləri araşdırmaq və tibbi səyahətlərini tətil təcrübəsi ilə birləşdirmək daxildir.
- Tibbi turizm xidmətləri almaq üçün mütləq xəstə olmaq lazımdır?
- Xeyr, tibbi turizm xidməti almaq üçün xəstə olmaq şərt deyil. Tibbi turizmə həmçinin regenerativ və ya kosmetik prosedurlar, "Chek up" müayinələri və insanlara öz rifahını yaxşılaşdırmağa imkan verən sanatoriya xidmətləri daxildir.
- Siz biznesin proqnozlaşdırılması baxımdan təmsil olunduğunuz sektor üzrə bazar araşdırmaları da aparırsınız. İl ərzində nə qədər Azərbaycan vətəndaşı tibbi turizm üçün xaricə səfər edir və bunun üçün hansı məbləğdə valyuta xərclənir?
- 2019-cu ilin statistikasına əsasən xarici ölkələrə müalicəyə gedənlərin sayı təxminən 290 min nəfər olub. Hər pasiyent 400-120 min dollar civarında müalicədən asılı olaraq xərcləyə bilər.

- Azərbaycan vətəndaşları ən çox hansı hansı xəstəliklərin müalicəsi üçün xaricə gedirlər?
- Azərbaycan vətəndaşları ən çox onkoloji xəstəliklər, beyin cərrahiyyəri, ortoped travmatoloji əməliyyatlar, ilik nəqli, orqan transplantasiyası üçün xaricə üz tuturlar.
- Müalicə üçün ən çox üz tutulan ölkələr hansılardır? Nə üçün həmin ölkələr daha böyük maraq görür?
- Azərbaycan vətəndaşları uzun illərdir ki, əsas tibbi turizm destinasiyası olaraq Türkiyəyə üstünlük verirlər. Türkiyə həm yaxındır, həm də Türkiyədə müalicə qiymətləri digər ölkələrlə müqayisədə ucuzdur. Türkiyədə müalicə almağın əsas xüsusiyyətlərindən biri də məhz asan kommunikasiyadır. Heç bir dil bilməyə ehtiyac olmadan rahatlıqla Türkiyədə həkimlərlə münasibət qurmaq mümkündür. Daha sonra Almaniya, İsrail və İsveçrədir.
- Xaricdə müalicə olunmaqda səbəb nədir? Onlar çox zəngindirlər yoxsa ölkəmizdə dərdlərinə çarə tapa bilmirlər?
-Bir neçə səbəb var.
1. Xəstə ölkədə qoyulan diaqnoza inanmır, yenidən başqa ölkədə yoxlanışlardan keçmək istəyir,
2. Müalicəsi ölkədə mümkün deyil,
3. Ölkəsində yalnız 1 klnikada müalicəsi mümkündür bu da pasiyentdə əlavə stres yaratdığından bir neçə seçim təklif edə bilən ölkəyə getmək istəyir.
4. Maddi imkanı yol verdiyindən ən məşhur, aparıcı klinikada müalicə olmaq istəyir.

- Məsələn, Azərbaycanda diş müalicəsi üçün tibb mərkəzləri saysız-hesabsızdır. Çoxlu diş həkimlərimiz olduğu halda nə üçün insanlar dişlər ilə bağlı digər ölkələrə üz tuturlar? Həmçinin ölkəmizdə saç əkilməsi, plastik cərraiyə xidmətləri göstərən ünvanlar da çoxalıb, əvvəlki kimi xaricə getməyə də ehtiyac yoxdur.
- Bəli, razıyam. Qeyd etdiyiniz sahələr üzrə mən da çalışıram ki, ölkəmizə tibbi turistləri cəlb edim. Həm həkimlərimizin professionallığı, qiymətlərin daha əlverişli olması ölkəmizə əlavə üstünlük verir. Amma tibbi turizm tədbirlərində Türkiyə klinikaları kimi Azərbaycan klinikaları da aktiv şəkildə iştirak edib özlərini tanıtmalıdırlar.
- Xaricə səfər, orada qalmaq, müalicə almaq, sığorta və digər xidmətlər elə təəssürat yarada bilər ki, xaricdə müalicə çox bahalı bir hərəkətdir. Digər tərəfdən də, ölkəmizdə xəstələrin dərdlərinə diqanoz qoyulması üçün xəstəxana-xəstəxana gəzdiklərini, böyük məbləğlər xərclədiklərini, xəstəlik tapılanda da gec olduğunu müşahidə edirik. Bu reallığı nəzərə alsaq tibbi turizm bahalı bir xidmətdir?
- Çarəsiz qalan pasiyenti ilk olaraq düzgün müalicə alıb tezliklə sağlamlığına qovuşması maraqlandırır. Amma oxşar hallar da olub ki, xəstə əlavə yol, otel xərci çəkmək istmədiyindən ölkədə müalicə olmağa qərara verir və siz deyən kimi xəstəxana-xəstaxana gəzib hər birində az-az analizlərə, dərmanlara pul xərcləməklə daha çox xərcə düşür. Nəticədə həm xəstəliyi daha da irəliləyir, həm də əvvəlikindən ən az iki dəfə daha çox xərcləməli olur ki, effekt görə bilsin.

- "A-Medical" hansı xidmətləri göstərir və nə üçün insanlar Sizin şirkəti seçməlidirlər? Hansı üstün tərəfləriniz ilə öyünürsünüz?
- Pasiyentin xəstəliyinə, büdcəsinə uyğun doğru klinika, həkimi tapır, getmədən öncə həkimdən ilkin rəy alırıq, təxmini xərcləri barədə məlumat veirirk. Birbaşa Türkiyə, Almaniya, Avstriya, İsveçrə, İtaliyadakı klinikalar ilə əməkdaşlıq edirik. Qeyd etdiyim ölkərəin klinikaları ilə pasiyent birbaşa əlaqə saxlamaq istəyəndə ya heç cür cavab ala bilmir, ya da çox gec cavab veririlər. Bir sözlə hansı müalicənin hansı ölkədə, klinikada və hansı həkim tərəfindən daha uğurla müalicə oluna biləcəyi haqqında məlumat verə bilirik.
- Saytınızda belə bir məlumat var: "Bugünə qədər 1000-dən artıq müştərinin xaricdə müalicə olmasını təmin etmişik". Bu 1000 müştəridən neçə faizi xaricdə öz sağlamlığına qovuşub?
- Çox şükür hamısı uğurla müalicə olunublar
-Hesab edək ki, fərd xəstələnib, onun xaricdə müalicəsinə ehtiyac var. Xəstə özü və ya yaxınları hansı addımları atmalıdır?
- İlk öncə pasiyent 6 aydan gec olmayan analiz nəticələrini, KT, MRT disk görüntülərini göndərir. Bir vacib məqama toxunmaq istəyirəm. Bəzən pasiyentlət disk görüntülərini göndərməkdə təmbəllik edib təkcə çıxarışı göndərirlər. Təəssüf xaricdəki həkim çıxarışı oxuyub rəy verə bilmir, bunun üçün mutləq disk görüntülərinə özü baxmalıdır.

- Ziba xanım, müsahibədən əvvəl Şirkətinizin amedical.az saytının Bloq bölməsində olan çox maraqlı məlumatlar ilə tanış oldum. Bloqda plastik cərrahiyyə, diş müalicəsi, implant, saç əkdirmə, süni mayalanma, sümük iliyi nəqli, orqan nəqli (böyrək, qaraciyər, mədəaltı vəzi, ürək), xərçəngin müalicəsi, autizm müalicəsi və bu əməliyyatlar üçün ən yaxşı ölkələr, klinikalar və qiymətlər barədə geniş məlumatlar verilib. Bu bloq necə ərsəyə gəlib? Bloqda verilən məlumatlar sizin 7 illik təcrübənizin əsasında hazırlanıb yoxsa hansısa xarici resurslardan tərcümə olunub? İnsanlar Bloqda verilən məlumatlara tam etibar edə bilərlər?
- Bloqda yazilna bütün məlumatlar 7 il ərzində ölkə ölkə klinikaları gəzərək, dünya tibbi turizm tədbirlətində iştirak edərək əldə etdiyim təcrübəyə əsasən məlumatları bölüşmüşəm.Hər hansı xarici resursdan tərcümə olunmadığını kim istəsə yoxlaya bilər.
Ən vacib məqama toxunmaq istəyirəm, pasiyenti müalicəyə göndərmədn əvvəl özüm həmin klinikaya gedirəm, həkimləri ilə tanış oluram. Əgər klinikanın ümumi servisi, həkimdən aldğım məlumatlar məni qane edirsə pasiyent göndərməyə qərar verirəm. Elə kliniklar var ki, sırf müştəri xidməti zəif olduğundan əməkdaşlıq etmirəm.
-Müsahibəyə görə təşəkkür edirəm.
Ünvan: Bakı, İşərişəhər, İlyas Əfəndiyev küçəsi
+994 10 310 93 33
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ
-
6 saat əvvəl
2026-cı ilin birinci rübündə sənaye zonalarında istehsalın həcmi 883 milyon manata çatıb
-
6 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
-
8 saat əvvəl
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
Süni intellekt hakatonunun qalibləri elan edilib
"Ənənəvi suvarma üsullarından imtina edilməsi, damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir"
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"






.jpg)
.jpg)










.jpg)


