Ödənişli Bakı-Quba-Rusiya digər yollardan daha sürətli olacaq
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolda hərəkət üçün sürət həddi təyin ediləcəkBakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yoldan istifadə qaydalarına sürət həddi ilə bağlı məsələ də daxil ediləcək.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bu gün ödənişli avtomobil yolun açılışı ilə bağlı keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, ödənişli yolun digər magistral yollardan daha sürətli olması planlaşdırılır:
“Yeni qaydalarda sürət limiti də öz əksini tapacaq. Sürət həddi təyin edildikdən sonra ehtiyac yarandığı təqdirdə radarlar da quraşdırılacaq”.
Anar Nəcəfli ödəniş ilə bağlı da məlumat verib:
“Ödəniş məsələsi nağd və bank kartları vasitəsilə, eləcə də onlayn formada da həyata keçirilə biləcək”.
Bakı-Quba-Rusiya ödənişli yolundan istifadə qaydaları məlum olub
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yolda iki cür hərəkət zolağı var. Onlardan biri sürətli, digəri isə adi keçiddir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bu gün ödənişli avtomobil yolun açılışı ilə bağlı keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
A.Nəcəflinin sözlərinə görə, adi zolaqlarda sürücü məntəqəyə yaxınlaşaraq xüsusi çipli kartları əldə edir və yoldan istifadə etmək hüququ qazanır.
O bildirib ki, əldə edilən kartlara müəyyən balans yerləşdirilir: “Adi keçiddən istifadə edən sürücü ödənişli yola girdiyi və çıxdığı vaxta qədər qət etdiyi məsafəyə uyğun olaraq ödəniş həmin balansdan çıxılır. Sürətli keçiddə isə öncədən əldə edilmiş xüsusi çipli kartlar avtomobilin alın şüşəsinə yapışdırılır. Sürücü məntəqəyə yaxınlaşdıqda orada yerləşdirilən sistem avtomobili tanıyır və heç bir maneə olmadan sürücü gəldiyi sürətlə yoluna davam edə bilir”.
Qurum rəsmisi qeyd edib ki, bu yolun giriş-çıxış nöqtələri ilə yanaşı, iri yaşayış məntəqələrinə daxil olmaq və çıxmaq üçün də dörd məntəqə fəaliyyət göstərir: “Bunlar Giləzi, Siyəzən, Qəndob və Xaçmaz məntəqələridir. Giriş və çıxış hissələrində adi və sürətli keçidlər mövcuddur, hər ikisindən istifadə etmək mümkündür”.
“Şimal və cənubdan ölkəyə daxil olan yüklərin rahat daşınması təmin olunacaq”
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolu Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsidir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bu gün ödənişli avtomobil yolun açılışı ilə bağlı keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, artıq həm şimaldan, həm də cənubdan daxil olan tranzit, daxili yüklərin bu yol vasitəsilə rahat daşınması təmin olunacaq: “Yük və sərnişindaşıma prosesi bir qədər də asanlaşacaq. Bu yolun istifadəyə verilməsi ilə yeni iş yerlərinin açılması, turizmin daha da inkişaf etdirilməsi və sosial baxımdan digər bir çox sahələrin də inkişafı təmin olunacaq”.
A.Nəcəfli ödənişli yolun standartlara uyğun olaraq sürətli yol kimi inşa edildiyini və hər bir istiqamətdən xüsusi çəpərlər vasitəsilə bağlandığını qeyd edib: “Bu, yola hər hansı maneənin çıxmasının qarşısının alınması üçün görülən tədbirdir. Qeyd edim ki, sürücü A nöqtəsindən B nöqtəsinə sürəti dəyişmədən eyni sürətlə hərəkət etmək imkanı qazanır. Çünki yolda təhlükəsizlik tam formada təmin edilib”.
AAYDA rəsmisi bildirib ki, avtomobil yolu boyunca kamera və digər avadanlıqlar yerləşdirilib. Zərurət yarandıqca bu avadanlıqların sayının artırılması da təmin ediləcək. Yeni yol köhnə yoldan 13 km daha qısadır. Sürücü mənzil başına vaxt etibarilə də daha tez və rahat çatacaq”.
© Report
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 11 saat sonra
-
2 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 4 saat əvvəl
-
5 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 7 saat əvvəl
-
9 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi


















