Azəri-Çıraq-Günəşlidə hasilat 1 milyon barel azalıb
2023-cü ilin üç rübü ərzində Azəri - Çıraq - Günəşlidən (AÇG) ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (96 000), Qərbi Azəri (89 000), Şərqi Azəri (59 000), Dərinsulu Günəşli (67 000) və Qərbi Çıraq (34 000) platformalarından birlikdə – gündə orta hesabla 368 000 barel və ya ümumilikdə təxminən 100 milyon barel, yəni 14 milyon ton olub.
Marja.az bu barədə bp-nin Bakı ofisinin Biznes əməliyyatları hesabatına istinadən xəbər verir.
Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 136 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
Qeyd eək ki, 2022-ci ilin üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 000), Mərkəzi Azəri (105 000), Qərbi Azəri (108 000), Şərqi Azəri (63 000), Dərinsulu Günəşli (77 000) və Qərbi Çıraq (40 000) platformalarından birlikdə – gündə orta hesabla 418 000 barel və ya ümumilikdə təxminən 114 milyon barel, yəni 15 milyon ton olmuşdu. Rübün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 33 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olmuşdu.
AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2023-cü ilin ilk üç rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 365 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 109 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.
2022-ci ilin ilk üç rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 337 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 204 milyon dollar əsaslı məsrəflər xərclənmişdi.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
15 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
20 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 32 d. əvvəl
- 34 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















