Azərbaycan markası dünyanın ən nüfuzlu sərgisində
(®) “METAK” şirkəti isitmə və havalandırma sahəsində dünyanın ən böyük üç sərgisindən biri kimi tanınan, İstanbul şəhərində keçirilən “ISK SODEX ” beynəlxalq sərgisində istirak etmişdir.
“ISK SODEX ” beynəlxalq sərgisi hər iki ildən bir keçirilir. Bu il sərgiyə 19 ölkədən 1000-dən çox şirkət qatılmışdır. Sərgi 120.000 kv metr ərazidə baş tutmuş və dünyanın müxtəlif yerlərindən 150.000-dən çox iş adamı sərgini ziyarət etmişdir.
Ölkəmizdən ilk dəfə METAK şirkəti olaraq bu il iştirakçılar arasında bizdə olduq. Şirkətimizn sərgiyə qatılmaqda əsas məqsədi xüsusi ilə MDB və Şərq ölkələrinə ixracatı artırmaq olub. Bu sahə üzrə istehsalda dünya lideri olan Türkiyədən belə şirkətimizin istehsal etdiyi məhsullara çox ciddi maraq göstərilmişdir.
Şirkətimiz “Made in Azerbaijan” brendini sərgidə layiqincə təmsil etmişdir. Əsas məqamlardan biridə istər qardaş ölkə Türkiyədən, istərsədə digər türk dilli ölkələrdən iştirakımızla bağlı isti münasibət görməyimizdir.
Sərgidə istehsal etdiyimiz plastik borular və digər məhsulların ixracatı ilə bağlı MDB və Şərq ölkələrindən müsbət rəylər və çox saylı əməkdaşlıq təklifləri gəlmişdir. Şirkətimiz üçün yeni həmkərlarla iş birliyinə böyük imkanlar yaranmışdır.
Qeyd edək ki, "METAK" şirkəti Azərbaycanın tikinti məhsulları istehsalı bazarında 27 ildir ki, fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






