Çin avtomobil ixracını təxminən 60 faiz artırıb
2023-cü ilin yanvar-oktyabr aylarında Çin 3 milyon 922 min ədəd avtomobil ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 59,7% çoxdur.
Marja.az xəbər verir ki, bu barədə Çin Avtomobil İstehsalçıları Assosiasiyasının cümə günü açıqladığı məlumatlarda bildirilir.
Oktyabrda bu göstərici 488 min avtomobil təşkil edib ki, bu da cari ilin sentyabr ayı ilə müqayisədə 9,8%, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 44,2% çoxdur.
Yanvar-oktyabr aylarında minik avtomobillərinin istehsalı 24 milyon 16 min ədədə (8% artım), satışlar isə 23 milyon 967 min ədədə çatıb (9,1% artım).
Oktyabrda Çində 2 milyon 890 min minik avtomobili istehsal olunub (ötən ilin oktyabr ayı ilə müqayisədə artım 11,2%), 2 milyon 853 min ədəd satılıb (artım 13,8%).
2023-cü ilin yanvar-oktyabr aylarında Çin 7 milyon 352 min elektrik avtomobili istehsal edib (illiklə müqayisədə 33,9 faiz artım) və 7 milyon 280 min ədəd satıb (artım 37,8 faiz).
Eyni zamanda bildirilir ki, oktyabr ayında elektrik enerjisi ilə işləyən avtomobillərin istehsalı və satışı müvafiq olaraq 989 min ədəd və 956 min ədəd təşkil edib. Ötən ilin oktyabr ayına məhsul istehsalı 29,2 faiz, satış 33,5 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























.jpg)