Honda Motor-dan 4 milyard dollar mənfəət - 82%-LİK ARTIM
Honda Motor-un 2023-cü ilin aprel-sentyabr aylarında xalis mənfəəti ötən maliyyə ilinin eyni dövrü ilə müqayisədə 82,1 faiz artaraq 616,3 milyard yenə (4 milyard dollar) çatıb.Honda 2023-cü maliyyə ilinin aprel-sentyabr dövrü üzrə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, Yaponiya şirkətinin 2023-cü ilin aprel-sentyabr aylarında xalis mənfəəti ötən maliyyə ilinin eyni dövrü ilə müqayisədə 82,1 faiz artaraq 616,3 milyard yen (4 milyard dollar) olub.
Şirkətin satış gəlirləri 18,9 faiz artaraq 9,61 trilyon yen (63,4 milyard dollar); Əməliyyat mənfəəti 53,6 faiz artaraq 696,5 milyard yen (4,6 milyard dollar) təşkil edib.
Həmçinin Honda Yapon yeninin xarici valyutaya nisbətdə ucuzlaşması və hissələrin tədarükü ilə bağlı problemlərin aradan qalxması səbəbindən tam maliyyə ili üçün proqnozunu yeniləyib. Honda, 2023-cü ildə xalis mənfəətinin 2022-ci maliyyə ili ilə müqayisədə 42,8 faiz artaraq 930 milyard yenə (6,2 milyard dollar) çatacağını təxmin edir.
Tam maliyyə ili üçün satış gəlirlərinin 20 trilyon yen (132 milyard dollar), əməliyyat mənfəətinin isə 1,2 trilyon yen (7,9 milyard dollar) olacağı gözlənilir.
Honda-nın vitse-prezidenti Aoyama Shinji açıqlamasında Çin bazarında elektrikli avtomobil (EV) rəqabətinə diqqət yetirdiklərini və 2024-cü ildən sonra yeni EV modellərini satışa çıxaracaqlarını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 20 saat sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb














.jpg)




