OPEC 2023-cü ildə qlobal neft tələbi ilə bağlı proqnozunu bir qədər yaxşılaşdırıb
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-cü ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu gündəlik 100 min barel artırıb və hazırda onun istehlakının sutkada 2,5 milyon barel artaraq 102,1 milyon barel olacağını gözləyir. Təşkilat 2024-cü il üçün neftə tələbatın gündəlik 2,2 milyon barel artaraq 104,3 milyon barelə yüksəlməsini nəzərdə tutan proqnozunu dəyişməyib. OPEC gözləyir ki, 2024-cü ildə qlobal iqtisadiyyatda sabit artım və Çin iqtisadiyyatında davamlı yaxşılaşma neftə tələbatın artmasına töhfə verəcək.Neft İxrac edən Ölkələr Birliyi (OPEC) 2023-cü ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu 100 min barel artırıb.
Marja.az OPEC-in aylıq hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə gündəlik təlabatın 2,5 milyon barel artaraq 102,11 milyon barrelə çatacağı gözlənilir. Bundən əvvəl OPEC tələbatın gündəlik 2,4 milyon barel artacağını gözləyirdi.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) ölkələrində 2023-cü ildə neftə tələbatın gündəlik 80 min barel artaraq orta hesabla 45,84 milyon barrel təşkil edəcəyi gözlənilir. İƏİT-ə daxil olmayan ölkələrdə ümumi neft tələbatı gündəlik təxminən 2,37 milyon barel artaraq orta hesabla 56,28 milyon barrelə çatacaq.
OPEC 2024-cü ildə, Çində davamlı təkmilləşdirmələrlə dəstəklənən güclü qlobal iqtisadi artımın neft istehlakının daha da artmasına səbəb olacağını gözləyir. Gələn il qlobal neft tələbinin illik müqayisədə gündəlik 2,2 milyon barel artaraq orta hesabla gündəlik 104,3 milyon barel neft olacağı gözlənilir.
Proqnoza görə, İƏİT (OECD) ölkələrində 2024-cü ildə neftə tələbat bir ay əvvəl gözlənildiyi kimi gündəlik 0,26 milyon barel artacaq. İƏİT-ə daxil olmayan ölkələrdə artımın gündəlik təxminən 2 milyon barel olacağı proqnozlaşdırılır ki, bu da əvvəlki təxminlərə uyğundur. Ən böyük artımın Çin və Yaxın Şərq, eləcə də Hindistan və digər Asiya ölkələrində olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)






.jpg)









