Azərbaycanda ən böyük pivə istehsalçısı qiymətlərini yenidən artırdı - YENİ QİYMƏTLƏR
Baltika, Kuler, Carlsberg, Tuborg,Xırdalan və Əfsanə pivələri bahalaşdıAzərbaycanda pivə bazarında ən böyük istehsalçı olan “Carlsberg Azerbaijan” MMC şirkəti 2023-cü ildə ikinci dəfə bir sıra məhsullarının qiymətini qaldırır.
Marja.az-ın əldə etdiyi məlumata görə, yeni qiymətlər 30 noyabr 2023-cü il tarixindən qüvvəyə minəcək.
“Carlsberg Azerbaijan” şirkəti 2023-cü ilin fevral ayında da bir sıra məhsullarının qiymətlərini artırmışdı.
Qeyd edək ki, həm distributorlara satış, həm də (ƏDV və aksiz daxil) birbaşa çatdırılma ilə satış qiymətləri (ƏDV və aksiz daxil) dəyişdirilib.
Məsələn, Əfsanə Çəllək Pivəsi butulkada 0.5 L məhsulunun distributorlara satış qiyməti 9 qəpik artırılaraq 1,48 manata, Baltika 7 butulkada 0.47 L məhsulunun qiyməti 8 qəpik artırılaraq 2,22 manata, Kuler Lime butulkada 0.47 L məhsulunun qiyməti 8 qəpik artırılaraq 1.96 manata, Carlsberg butulkada 0.45 L məhsulunun qiyməti 16 qəpik artırılaraq 2.50 manata, Tuborg Green butulkada 0.5 L məhsulunun qiyməti 16 qəpik artırılaraq 2.30 manata, Xirdalan butulkada 0.5 L məhsulunun qiyməti 8 qəpik artırılaraq 1.70 manata, Xırdalan PET 2.0 L məhsulunun qiyməti 16 qəpik artırılaraq 5.54 manata çatdırılıb.
Xırdalan Çəllək 30 L məhsulunun qiyməti isə 3 manat artırılaraq 65 manatdan 68 manata, Xırdalan Non-Filtered Çəllək 30 L məhsulunun qiyməti də 3 manat artırılaraq 72 manatdan 75 manata yüksəldilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
25 d. əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
-
31 d. əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
46 d. əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
55 d. əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Ən çox oxunanlar
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı




















