Mobil operator Laçın şəhərində ilk mağazasını açdı
“Nar” Laçın şəhərində satış və xidmət mağazasını təqdim edən ilk mobil operator olub.
Şəhərin mərkəzində yerləşən mağazada nömrələrinsatışı, bərpası və digər xidmətlərlə yanaşı, mobil telefonların, müxtəlif cihazların və aksesuarların satışı da həyata keçirilir.
Yeni mağazanın açılışı ilə bağlı “Nar”ın Baş İcraçı Direktoru Qunnar Panke bildirib: “Laçın şəhərində mağazasını açan ilk mobil operator olmaqdan qürur duyuruq. Artıq Laçında da “Nar”ın üstün müştəri xidmətləri və sərfəli qiymətlərindən yararlanmaq mümkündür. “Nar” Qarabağda öz infrastrukturunu sürətlə genişləndirməyə davam edəcək”.
Regionlara xüsusi diqqət və sərfəli qiymət “Nar”ın müştəriyönümlülük strategiyasının əsas istiqamətlərindən biridir. Mobil operator bölgələrdəki müştəriləri üçün özəl tariflər və yeni konsepsiyalı mağazalar təqdim edir.
“Nar” mağazalarının geniş siyahısı və təklif olunan xidmətlər haqqında ətraflı məlumatı nar.az ünvanından əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
10 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
15 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 27 d. əvvəl
- 29 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















