Azərbaycanın sığorta bazarının 70%-ə yaxını həyatın yaşam sığortası və icbari sığortaların hesabınadır
Azərbaycanda 2023-cü ilin yanvar-oktyabr dövründə (10 ayda) sığorta şirkətləri tərəfindən hesablanmış cəmi 1 milyard 19 milyon 745 min manatlıq sığorta haqlarının 425 milyon 81 min manatı və ya 41,7 faizini həyatın yaşam sığortası üzrə hesablanmış sığorta haqları təşkil edib.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, cəmi 1 milyard 19 milyon 745 min manatlıq sığorta haqlarının 525 milyon 588 min manatını və ya 51,5%-ni könüllü və icbari həyat sığortaları, 494 milyon 155 min manatını və ya 48,5 faizini təşkil könüllü və icbari qeyri-həyat sığortaları təşkil edib.
Əgər icbari sığortalar (həyat və qeyri-həyat) və həyatın yaşam sığortası olmasaydı, Azərbaycanın sığorta bazarı 323 milyon 810 min manat təşkil edərdi. Qısası, Azərbaycanın sığorta bazarının 68,2%-i və ya 695 milyon 935 min manatı icbari sığortalar və həyatın yaşam sığortası hesabınadır.
Həyatın Yaşam Sığortası zamanı əməkhaqqınızdan çıxılan vergi və sosial sığorta ödənişləri hesabınıza qayıdır. Üstəlik, həyatınız da sığortalı olur. "PAŞA Həyat Sığorta" şirkətinin saytında bildirilir ki, "əməkhaqqınızdan müəyyən hissəni hər ay "Həyatın Yaşam Sığortası"na yönləndirin və 3 ildən sonra həmin məbləğdən ödəməli olduğunuz gəlir vergisi və sosial sığorta ödənişləri tam şəkildə hesabınıza qayıdır. Əlavə olaraq, müddətin sonunda "PAŞA Həyat" Sizə əmanət faizi də (3%) ödəyir.
İcbari sığortalara isə - İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, sərnişinlərin icbari fərdi qəza sığortası və digər icbari sığorta növləri daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 30 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
4 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb





















