Ərəb şirkətinin Azərbaycandakı 3 yeni layihəsi 1 milyard dollar dəyərində qiymətləndiririlir
Ekspertlər Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin Azərbaycanda iki günəş və bir külək elektrik stansiyasının inşası ilə bağlı həyata keçirməyi planlaşdırdığı 3 layihəni 1 milyard dollar dəyərində qiymətləndirirlər.
“Sövdələşmənin dəyəri açıqlanmır, lakin ekspertlər layihələrin ümumi dəyərini 1 milyard dollar həcmində qiymətləndirirlər”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi Britaniyanın “The Financial Times” nəşrinə istinadən bildirir.
Xəbər verildiyi kimi, 2023-cü il oktyabrın 26-da Azərbaycan Hökuməti ilə “Masdar” şirkəti arasında ölkə ərazisində iki günəş və bir külək elektrik stansiyasının inşası layihələri ilə bağlı investisiya müqavilələri imzalanıb.
Energetika Nazirliyindən bildirilib ki, üç yeni stansiyanın ümumi gücü 1 QVt olacaq.
Neftçala rayonunda günəş elektrik stansiyasının gücü 315 MVt, Biləsuvar rayonunda günəş elektrik stansiyasının gücü 445 MVt, Abşeron-Qaradağ rayonunda külək elektrik stansiyasının gücü isə 240 MVt təşkil edəcək.
Bu günədək “Masdar” şirkəti Azərbaycanda dəyəri 262 milyon dollar olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi layihəsini həyata keçirib.
© "İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















