Turist olaraq Azərbaycan gələnlərin və gedənlərin sayları açıqlandı
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 1 milyon 723,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 30,7 faizi Rusiya Federasiyası, 17,9 faizi Türkiyə, 7,7 faizi İran, 5,1 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Qazaxıstan, 2,5 faizi Pakistan, 1,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, 1,6 faizi İsrail, hər birindən 1,5 faiz olmaqla Ukrayna və Küveyt, 1,4 faizi Belarus, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Çin, 1,1 faizi Böyük Britaniya, 11,2 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan - 3,5 dəfə, Türkmənistandan - 2,7 dəfə, Polşadan - 2,0 dəfə, Hindistandan - 2,0 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Tacikistandan - 1,8 dəfə, Misirdən - 1,8 dəfə, Qırğızıstandan - 1,8 dəfə, Bəhreyndən - 1,7 dəfə, Filippindən - 1,7 dəfə, İtaliyadan - 1,6 dəfə, İspaniyadan - 1,6 dəfə, Moldovadan - 1,5 dəfə, Belarusdan - 1,5 dəfə, Özbəkistandan - 1,5 dəfə, Rusiya Federasiyasından - 45,8 faiz, Kanadadan - 42,7 faiz, ABŞ-dan - 39,4 faiz, Gürcüstandan - 30,5 faiz, Niderlanddan - 29,4 faiz, Küveytdən - 27,3 faiz, İsraildən - 27,2 faiz, Fransadan - 26,9 faiz, Böyük Britaniyadan - 25,7 faiz, Almaniyadan - 22,0 faiz, Türkiyədən - 20,3 faiz, Ukraynadan - 11,1 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 10,0 faiz artmışdır.
2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 49,6 faiz artaraq 692,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,9 faiz artaraq 89,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 7,4 faiz azalaraq 284,7 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,1 faizi hava, 26,6 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 27,1 faiz artaraq 1 milyon 545,2 min nəfər olmuşdur.
Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 31,6 faiz, Türkiyəyə gedənlərin sayı 20,7 faiz artmış, İrana gedənlərin sayı 13,9 faiz azalmışdır. Ölkə vətəndaşlarının 44,3 faizi Türkiyəyə, 21,3 faizi Rusiya Federasiyasına, 9,0 faizi Gürcüstana, 7,5 faizi İrana, 17,9 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 65,2 faizini kişilər, 34,8 faizini qadınlar təşkil etmişdir.
2023-cü ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,2 faizi hava, 29,3 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Asiya İnkişaf Bankı Abşeron dairəvi xəttinin yenidən qurulmasına kömək edəcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Agentlik və Sahibkarlar Təşkilatının Milli Konfederasiyası Memorandum imzalayıb
-
4 saat əvvəl
Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış keçirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Qarabağdakı klinika üçün 4,7 milyon manatlıq mebel və avadanlıqlar alınır - QALİB "VIVA MEDICAL GROUP"DUR
Ən çox oxunanlar
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
Azərbaycan neftinin son qiyməti
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Misin qiyməti tarixi ən yüksək səviyyədə
Azərbaycanda 75 milyon manata su kanalı qurulacaq
Gümüşün qiymətində yeni rekord




















.jpg)




.jpg)

