"Döneritto”, "Lyuks Dönər”, “Baku Dönər” və "Canım Lahmacun" cəzalandırıldı, satış qadağan edildi
Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin müfəttişləri dönər satışı həyata keçirilən qida obyektlərində növbəti plandankənar yoxlamalar aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Marja-ya verilən məlumata görə, paytaxtın müxtəlif ərazilərində nəzarət tədbirləri zamanı dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi həyata keçirilib.
Monitorinqlər çərçivəsində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabının nəticəsi mənfi çıxan, müxtəlif bakteriya və s. uyğunsuzluq aşkarlanmış dönərxanalarda aparılan yoxlamalar nəticəsində bir sıra iaşə obyektləri ilə bağlı tədbirlər görülüb:
- Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocəsən yolunda fəaliyyət göstərən dönərxana;
- Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 149 ünvanında fəaliyyət göstərən “Baku Dönər”;
- Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən "Lyuks Dönər”;
- Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7-ci mikrorayon, ev 16G ünvanında fəaliyyət göstərən "Canım Lahmacun";
- Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şəhərtipli qəsəbəsi, X.Vəliyev küçəsi, ev 2 ünvanında fəaliyyət göstərən "Döneritto”.
Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, eyni zamanda, qida obyektində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























