"Azərbaycan Sənaye Korporasiyası"nın əsas rəhbərliyinə ödənişlər kəskin artıb
2022-ci il ərzində "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin əsas rəhbər heyətinin mükafatlandırılmasına 761 min manat xərclənib.
Marja.az ASC-nin illik hesabatına istinadən xəbər verir ki, rəhbər heyətin mükafatlandırılmasına çəkilən xərclər 2022-ci ildə 2021-ci illə müqayisədə 272 min manat və ya 55,6% artıb.
2021-ci il ərzində "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin əsas rəhbər heyətinin mükafatlandırılmasına 489 min manat xərclənmişdi.
Mükafatlandırmaya əmək haqqı, ixtiyari mükafatlar və digər qısamüddətli mükafatlar daxildir.
2022-ci ildə "Azəralüminium" MMC-nin rəhbər işçilərinin mükafatlandırılmasına 75 min 787 manat (2021-ci ildə: 78 min 412 manat), "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin rəhbər işçilərinin mükafatlandırılmasına 78 min 844 manat (2021-də: 101 min 7 manat), "Azəipək" MMC-nin rəhbər işçilərinin mükafatlandırılmasına isə 75 min 84 manat (2021-də 67 min 157 manat) sərf edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
-
1 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
1 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
15 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Ən çox oxunanlar
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
























