Rusiya hökuməti yumurtanın qiymətini aşağı salmağın yolunu tapıb
Hökumət idxal olunan yumurtaların tədarükü üçün rüsumların sıfırlanmasını təsdiqləyib.
Rusiya hökuməti ərzaqlıq yumurtaya idxal rüsumunun sıfırlanmasını təsdiqləyib.
Marja.az xəbər verir ki, bu barədə “İzvestiya” xəbər verir.
Qeyd olunur ki, tədbir 2024-cü il yanvarın 1-dən 2024-cü il iyunun 30-dək qüvvəyə minəcək. Qərar qüvvəyə mindikdən sonra tədarükçülər 1,2 milyarddan çox yumurta idxal edə biləcəklər. Nəşr vurğulayır ki, üstünlük dost ölkələrdən olan ixracatçılara veriləcək.
İqtisadi İnkişaf Nazirliyindən bildirilib ki, hazırda idxal rüsumu məhsulların maya dəyərinin təxminən 15%-ni təşkil edir.
"Bu qərar qısa müddətdə ərzaq yumurtası üçün daxili bazarı tarazlaşdırmağa və tədarükün artımını təmin etməyə kömək edəcək. İdxal dost ölkələrdən həyata keçirilə bilər. Təşəbbüs artıq Avrasiya İqtisadi Komissiyası tərəfindən dəstəklənib", - Nazirlikdən bildirilib
Xəbərdə deyilir ki, bu tədbir yumurtanın qiymətlərini aşağı salacaq.
Son bir ildə Rusiyada yumurta təxminən 40% bahalaşıb.
Bundan əvvəl Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədrinin birinci müavini Nadejda Şkolkina bildirmişdi ki, Rusiyada yumurtanın qiymətiyeni ildən sonra sabitləşəcək, lakin çətin ki, əvvəlki səviyyəyə qayıdacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
6 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 16 saat əvvəl
-
20 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
22 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
22 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
