Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı
Avropa Mərkəzi Bankı faiz dərəcələrini dəyişməz olaraq saxlayıb.Avropa Mərkəzi Bankının (ECB) İdarə Heyəti dekabrın 14-də keçirilən iclasında faiz dərəcələrini dəyişməz saxlayıb.
Marja.az xəbər verir ki, baza faiz dərəcəsi 4,5%, marjinal kreditləşmə dərəcəsi 4,75%, depozit dərəcəsi isə 4%-də qalır.
Oktyabr ayında da Avropa tənzimləyicisi faiz dərəcələrini eyni səviyyədə saxlamışdır.
Avropa Mərkəzi Bankının qərarı analitiklərin gözləntiləri ilə üst-üstə düşüb. Reuters-in sorğusunda iştirak edən 90 iqtisadçının hamısı ECB-nin 14 dekabr iclasında faizinilərinin sabit qalacağını bildirmişdilər.
ECB sürətlənən inflyasiyanın öhdəsindən gəlmək üçün bir il yarımdır ki, pul siyasətini sərtləşdirib və ardıcıl 10 iclasında faizləri artırıb. ECB faizlərini artırmağa 2022-ci ilin iyul ayında başlamışdır. Bundan əvvəl, 2022-ci ildə depozitlər üzrə faiz dərəcəsi mənfi (mənfi 0,5%), baza dərəcəsi 0%, marja kreditləri üzrə isə 0,25% idi. 2023-cü ilin sentyabr ayında ECB üç əsas faiz dərəcəsini 0,25 bənd artırmışdır. Oktyabr ayında Avropa Mərkəzi Bankı faiz dərəcələrini eyni səviyyədə saxlamışdı.
ECB gələn il faiz dərəcələrini endirən ilk iri mərkəzi bank ola bilər
İnflyasiyanın sürətlə azalması ilə investorlar mart ayından etibarən Avropa Mərkəzi Bankının (AMB) faiz dərəcələrini aşağı salacağına qiymət verməyə başlayıblar. Əgər bazarlar haqlıdırsa, ECB gələn il əsas mərkəzi banklar arasında faiz dərəcələrini endirən ilk bank olacaq.
Digər tərəfdən, bir qrup analitik düşünür ki, ECB prezidenti Laqard və həmkarları faiz dərəcəsini çox erkən azaltsalar, inflyasiyanın həddən artıq yüksəlməsi və iqtisadiyyatı çətinliyə sala bilər.
ECB daha əvvəl inflyasiyanın gələn il orta hesabla 3,2 faiz olacağını və 2025-ci ilin ikinci yarısında 2 faiz hədəfinə dönəcəyini proqnozlaşdırmışdı. Noyabrda istehlak qiymətlərinin artımı 2021-ci ilin ortalarından bəri ən aşağı səviyyə olan 2,4 faizə endikdən sonra bu proqnoz getdikcə köhnəlmiş görünür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 5 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
10 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir











.jpg)





