"Bakının 2-ci və 3-cü zonaları üzrə parklanma işləri davam etdirilir"
“Bakıda 17 mindən çox parklanma yeri təşkil edilib”.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda “Mobilliyin Transformasiyası Proqramı”nın təqdimatında bildirib.
Nazir müavini bildirib ki, mobilliyin təmin edilməsi üçün atılan addımlardan biri də parklanma yerlərinin düzgün təşkil edilməsidir.
“Parklanmaya tələbatdan asılı olaraq Bakı şəhərinin müəyyən hissələri 4 ödənişli zonaya bölünüb. Zonalar üzrə görülən işlər nəticəsində 17 mindən artıq parklanma yeri təşkil edilib. Mərkəz və 1-ci zonalar üzrə işlər yekunlaşıb. 2-ci və 3-cü zonalar üzrə işlər davam etdirilir”, - deyə Rəhman Hümmətov vurğulayıb.
Nazir müavini əlavə edib ki, parklanmaya görə sürücülərdən nağd pul tələb edilməsi qanunsuzdur: “Parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlər yalnız nağdsız qaydada mobil tətbiq və SMS üzərindən həyata keçirilir. Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Həftənin bazar günü, eləcə də hər gün axşam saat 10-dan səhər saat 7-dək parklanma pulsuzdur”.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)




.jpg)
