"Naftalan neftinin ən böyük problemi beynəlxalq sertifikatının olmamasıdır"
Naftalan nefti ilə bağlı ən böyük problemlərdən biri odur ki, onun beynəlxalq sertifikatı yoxdur.
Bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədrinin müavini Rəşad Əliyev Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan-Türkiyə İnvestisiya Forumu"nun panel çıxışı zamanı deyib.
"Səhiyyə Nazirliyi və bir sıra beynəlxalq aidiyyəti qurumlarla birgə Naftalan neftinin sertifikatlaşdırılması üzərində kompleks iş aparılır", - o deyib.
Sədr müavini sertifikatlaşdırmanın potensialına diqqət çəkib: "Bunun yekununda ölkəmizə böyük turist kütləsinin gəlməsi real olacaq".
XXX
Dövlət Turizm Agentliyi Naftalan neftinin sertifikatlaşdırılması ilə bağlı iş aparır.
Bunu Agentlik yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.
"Hazırda həm Səhiyyə Nazirliyi, həm də Almaniyanın "Sağlamlıq Turizmi Assosiasiyası" ilə birlikdə Naftalan neftinin sertifikatlaşdırılması üzərində işləyirik, fəaliyyət planı hazırlanır. Çox kompleks bir prosesdir. Sertifikatlaşdırmanın əsas hissəsi Dövlət Neft Şirkətindən (SOCAR) başlayacaq", - deyə o qeyd edib.
"Azərbaycanda sağlamlıq turizmi dedikdə ilk ağıla gələn yerlərdən biri Naftalan şəhəridir. Burada yerli neft vasitəsilə müəyyən prosedurlar və sağlamlıq turizmi sektorunda fəaliyyətlər davam edir. Naftalan Şəhər İcra Hakimiyyəti ilə birlikdə Naftalanın turizm inkişaf konsepsiyasını hazırladıq. Naftalanla bağlı ən mötəbər layihə Naftalan neftinin sağlamlıq turizminin inkişafında rolunun artırılması ilə bağlı əlavə tədbirlər planı haqqında olan layihədir. Həmin layihə yekunlaşmaq üzrədir. Layihə çərçivəsində Naftalan neftinə ümumi strateji yanaşma gətirəcəyik. Layihə təsdiqləndikdən sonra Naftalan neftinin beynəlxalq səviyyədə sertifikatlaşdırılması ilə bağlı addımlar atacağıq", - deyə R.Əliyev əlavə edib.
Bundan başqa, onun sözlərinə görə, hazırda sağlamlıq turizmi ilə bağlı Naftalana gələn turistlərin böyük hissəsi MDB ölkələrindəndir: "Dövlət Turizm Agentliyi xarici ölkələrdə keçirilən sərgilərdə, tədbirlərdə Azərbaycanın turizm potensialını təqdim edir. Lakin Qərb ölkələrinin turistlərini Naftalana cəlb etməkdə qarşımızda duran baryerlərdən biri Naftalan neftinin beynəlxalq sertifikatının olmamasıdır. Sertifikatlaşdırma bitəndən sonra Naftalana xeyli sayda turist gələcəyinə inanırıq".
© APA, Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
9 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
10 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
10 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)









.jpg)






