Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam gücü ilə nə vaxt işə düşəcəyi açıqlanıb
"Azərbaycanın ən iri infrastruktur layihələrindən biri hesab olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Bu dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa yoldur. Artıq 6 ildir müvəqqəti istismara verilən BTQ xətti qitələrarası daşımalar üçün geniş imkanlar açıb".
Marja.az xəbər verir ki, bunu, “Azərbaycan Dəmir Yolları’’ QSC-nin (ADY) Tikinti layihələrinin idarə olunması departamentinin müdiri Tural Abbaslı bildirib.
O qeyd edib ki, BTQ dəmir yolu Çinin elan etdiyi və Azərbaycanın da daxil olduğu “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib:
"BTQ-nı Tarixi İpək Yolunun tərkib hissəsi kimi nəzərdən keçirsək, onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. Əminliklə deyə bilərik ki, bu dəmir yolu qitələrarası daşımalar üçün yeni imkanlar açır. Hədəfimiz, cənab Prezidentimiz də qeyd etdiyi kimi, bu dəmir yolu ilə illik yükdaşımaların həcmini 5 milyon tona çatdırmaqdır.
Hazırda sözügedən layihə üzrə genişləndirmə işlərinin birinci mərhələsinin rəsmi olaraq istismara qəbul olunması aktı Gürcüstanın aidiyyəti dövlət qurumu tərfindən imzalanıb. Axalkalaki vağzalının da tamamlanma işlərini yekunlaşdıraraq təhvil vermişik. Cari ilin sonunadək isə layihənin ikinci və dördüncü mərhələləri də yekunlaşdırılaraq təhvil veriləcəkdir.
Üçüncü mərhələ və Axalkalaki stansiya kompleksində də son tamamlanma işləri görülür. Axalkalakidə müxtəlif təyinatlı – təkər cütlərinin dəyişdirilməsi, yaşayış binası, o cümlədən 100-dən çox tikilinin olduğu iri kompleksin son tamamlanma işləri davam edir. Artıq əməliyyatların səmərəliliyini təmin etmək üçün birgə müəssisənin yaradılması üzərində də çalışmalara başlanılıb. 2024-cü ilin birinci rübündə bütövlükdə layihənin tam sona çatdırılması planlaşdırılır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir




















