Mərkəzi Banka səhmdar cəmiyyətlərinə dair yeni səlahiyyət verilib
Nazirlər Kabineti 23 dekabr 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Mülki Məcəllənin qəbul edilməsindən irəli gələn bəzi məsələlərin həll edilməsi haqqında” və 13 fevral 2006-cı il tarixli “İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra Azərbaycanda maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş hallarda səhmdar cəmiyyətinin nizamnamə kapitalının minimum həddini Azərbaycan Mərkəzi Bankı müəyyən edəcək.
XXX
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) səhmlərinin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması qaydaları Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən ediləcək.
Bu barədə Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2005-ci il 18 iyun tarixli 106 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
Bundan öncə QSC-nin səhmlərinin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması qaydalarını Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən edirdi.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
38 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb


























