"Ziraat Bank Azərbaycan" sayca 8-ci filialının açılışını etdi
Bankın yeni filialı Bakının Babək prospektində yerləşir.
(®) Ziraat Bank Azərbaycan 9 illiyi ərəfəsində yeni, 8-ci filialını müştərilərin istifadəsinə təqdim edib.
Açılışda Türkiyə Respublikasının Səfiri Doç. Dr. Cahit Bağcı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Əhliman Əmiraslanov, millət vəkilləri Nizami Səfərov və İlham Məmmədov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və Ziraat Bank Azərbaycanın İdarə Heyəti sədri Dr. Selçuk Demir rəmzi qırmızı lenti birlikdə kəsərək bankın “Babək” filialını müştərilərin istifadəsinə təqdim ediblər.
Bank tərəfindən qeyd edilmişdir ki, yeni filialının “Babək Plaza”-da açılmasında məqsəd Bakı şəhərinin Xətai rayonunda yerləşən sahibkarlara keyfiyyətli və operativ bank xidmətlərinin göstərilməsidir.
Dünyanın 17 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olan Ziraat Bank Azərbaycan beynəlxalq ticarətdə istifadə edilən bank məhsul və xidmətlərini öz geniş müxbir şəbəkəsi vasitəsilə təqdim etmək imkanına da sahibdir. Xətai rayonu, Babək prospekti 12A ünvanında yerləşən Ziraat Bank Azərbaycanın yeni Babək filialı da vurğulanan xidmətlə yanaşı “Bir Bankdan Daha Artıq” şüarına uyğun olaraq həm hüquqi, həm də fiziki şəxslərə geniş çeşidli bank xidmətlərini göstərəcəkdir. Öz müasirliyi və funksionallığı ilə seçilən filial həftənin beş günü saat 09:00-dan 17:00-dək müştərilərin xidmətində olacaqdır.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
