Çin Rusiyada satışların artması səbəbindən ilk dəfə dünyanın ən böyük avtomobil ixracatçısı olacaq
023-cü ilin ilk 11 ayında Çin Rusiya Federasiyasına 730 minə yaxın avtomobil tədarük edib ki, bu da 2022-ci illə müqayisədə 7 dəfə çoxdur.2023-cü ilin sonuna qədər Çin Rusiya və Meksika bazarlarına tədarükün artması səbəbindən ilk dəfə olaraq dünyanın ən böyük avtomobil ixracatçısı olacaq.
Marja.az xəbər verir ki, bu barədə Nikkei qəzeti məlumat yayıb.
Çin Avtomobil İstehsalçıları Assosiasiyasının ilkin məlumatlarına görə, yanvar-noyabr aylarında Çində yığılmış avtomobillərin ixracı illik müqayisədə 58,4% artaraq 4,41 milyon ədəd təşkil edib. Yaponiya üçün həmin dövrdə bu rəqəm 3,99 milyon avtomobil təşkil edib, ilin sonunda isə ixracın ümumi həcmi 4,3 milyon ədəd proqnozlaşdırılır.Yaponiya son illərdə dünya avtomobil ixracatçıları reytinqində yalnız 2016-cı ildə bir dəfə Almaniyaya uduzmaqla birinci yeri tutur.
Çinin mövqeyini gücləndirən əsas amillərdən biri sanksiyalar nəticəsində Avropa və Yaponiya şirkətlərinin tərk etdiyi Rusiya bazarında satışın artması olub. 2023-cü ilin ilk 11 ayında Çin Rusiya Federasiyasına 730 minə yaxın avtomobil tədarük edib ki, bu da 2022-ci illə müqayisədə yeddi dəfə çoxdur.
Rusiyadan sonra ikinci yerdə Çin avtomobillərinin tədarükünün il ərzində 71% artaraq 330 min ədədə çatdığı Meksika qərarlaşıb. Çinlilər Meksikada ABŞ və Kanada bazarlarına mümkün genişlənmə üçün tramplin rolunu oynayacaq böyük müştəri bazası yaratmağa çalışırlar.
Çin həmçinin elektrik avtomobillərinin və digər alternativ enerji vasitələrinin qlobal ixracını əhəmiyyətli dərəcədə genişləndirib. Çin elektromobilləri Avropa ilə yanaşı, Yaponiya şirkətlərinin ənənəvi olaraq güclü mövqeyə malik olduğu Cənub-Şərqi Asiya ölkələrində də populyarlıq qazanır. Məsələn, elektrik mühərrikli Çin avtomobillərinin Taylanda ixracı ötən illə müqayisədə iki dəfə artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)




.jpg)

