Rusiya 2023-cü ildə Türkiyənin əsas enerji təchizatçısı olub
Türkiyə Enerji Bazarının Tənzimlənməsi Xidmətinin məlumatına görə, 2023-cü ilin oktyabr ayında Türkiyənin neft idxalının 49,93%-i Rusiya Federasiyasından olub.Rusiya 2023-cü ildə Türkiyəyə əsas təbii qaz və neft tədarükçüsü mövqeyini qoruyub.
Marja.az Türkiyə Enerji Bazarının Tənzimlənməsi Xidmətinin məlumatlarına istinadən xəbər verir ki, təkcə 2023-cü ilin oktyabrında Türkiyənin neft idxalının 49,93%-i Rusiya Federasiyasından olub. Bir il əvvəl Türkiyə neftin 40,74%-ni Rusiyadan idxal edirdi.
Rusiya Türkiyəyə əsas təbii qaz ixracatçısıdır. Belə ki, 2023-cü ilin oktyabrında Rusiya qazının Türkiyənin idxalında payı 59,14% təşkil edib. Rusiya Federasiyasının 2023-cü ildə təbii qaz üçün Türkiyənin ödəmələrini təxirə salması “iqtisadi problemlərin həllində Ankaraya sakitləşdirici təsir göstərib”. Bundan əvvəl yerli KİV Rusiya neft və neft məhsullarının idxalının artması sayəsində Türkiyənin 2023-cü ildə təxminən 2 milyard dollara qənaət etdiyini yazmışdı.
Rusiya tərəfindən tikilən Türkiyənin ilk atom elektrik stansiyası olan Akkuyu layihəsi ikitərəfli əməkdaşlığın simvollarından biridir. Plana əsasən, stansiya 2024-cü ildə elektrik enerjisi istehsal etməyə başlamalıdır.
Türkiyə Turizm Nazirliyinin rəsmi məlumatına görə, 2023-cü ilin 11 ayı ərzində respublikaya Rusiyadan 6,9 milyon turist səfər edib. Bu göstəriciyə görə Rusiya Federasiyası digər ölkələri üstələyib.
Bundan əlavə, ötən ilin yekunlarına görə, Türkiyə şirkətlərinin Rusiya ərazisində həyata keçirdiyi müqavilə layihələrinin sayına görə birinci yeri tutub. Türkiyə Podratçılar Birliyinin rəhbəri Erdal Erenpin sözlərinə görə, 2023-cü ildə Türkiyə podrat sektorunun Rusiya Federasiyasında həyata keçirdiyi layihələrin həcmi 4,6 milyard dollar təşkil edib.Ümumilikdə, əvvəllər həyata keçirilən layihələr də nəzərə alınmaqla bu rəqəm 20 milyard dollara çatır.
Türkiyənin Rusiya ilə həm iqtisadiyyat, həm də siyasət sahəsində fəal əməkdaşlığı 2023-cü ildə Ankaranın Qərblə qeyri-sabit münasibətləri fonunda davam edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 19 d. əvvəl
-
28 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
32 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
50 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı







.jpg)











