"Yeni avtomobil körpüsü ilə 1 gündə 300 yük avtomobili sərhəd məntəqəsindən keçə bilir"
İran ilə Azərbaycan arasında Astaraçay üzərində tikilən yeni avtomobil körpüsü iki ölkə arasındakı ticarət və tranzit əlaqələrinin inkişafına və iqtisadi artıma səbəb olacaq.
Bu sözləri İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş hökumətin iclasında deyib. O bildirib ki, yeni körpü gün ərzində 300 yük avtomobilinin sərhəd məntəqəsindən keçməsinə imkan yaradıb. Köhnə körpü ilə gün ərzində yalnız 200 nəqliyyat vasitəsi keçə bilirdi.
Nazir qeyd edib ki, Rəşt-Astara dəmir yolunun tikintisi üzrə də Rusiya və Azərbaycan tərəfi ilə aparılan danışıqlar müsbət nəticələnib.
“Rusiya Rəşt-Astara dəmir yolunun tikintisinin davam etdirilməsi üçün 1,3 milyard avro kredit ayıracaq və 2027-ci ildə yolun istismara verilməsi nəzərdə tutulub”, - deyən nazir qeyd edib ki, bu yolun istismara verilməsi İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemlərini birləşdirəcək.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)





.jpg)



