Çin dünyanın 200 ən böyük transmilli şirkətinin gəlirlərinin 15%-ni təmin edib
2022-ci ildə Yaponiya, Avropa və ABŞ-dan 200 transmilli korporasiyanın (TMK) gəlirinin təxminən 15%-i Çinin payına düşüb.
Bu barədə Marja.az "Bain & Company" konsaltinq şirkətinin məlumatına istinadən xəbər verir.
Dünyanın ikinci ən böyük iqtisadiyyatının töhfəsi Tesla, Mercedes-Benz və Yaponiyanın kosmetika markası Shiseido üçün daha böyük olub və onların gəlirlərinin 22% -dən 37% -ə qədəri Çinin hesabına formalaşıb.
"Bain & Company"nin məlumatına görə, Çin qida və içkilər, avtomobillər, tekstil,geyim, kimyəvi məhsullar, dəmir-polad və məişət elektronikası üçün ən böyük bazar olaraq qalır.
“Qısamüddətli dəyişkənliyə diqqət yetirməkdənsə, Çinə uzunmüddətli baxışdan keçmək vacibdir. Çin iqtisadiyyatı böyüməyə davam edəcək və burada iş aparan TMK-lar üçün qlobal gəlirlərin artan payını təmsil edəcək”, – "Bain & Co" bildirir.
Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2023-cü ilin sonuna kimi Çinin iqtisadi artımı 5,4% olacaq. Bu, Covid ilə bağlı məhdudiyyətlərin mövcud olduğu 2022-ci illə müqayisədə 3% bəndi çoxdur. Bununla belə, Bloomberg-in proqnozuna görə, iqtisadi artım 2024-cü ildə 4,5%-ə qədər yavaşlaya bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
18 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)


.jpg)


