"İnvestisiya dəyəri 2.7 milyard dollara yaxın təşkil edən 24 layihənin təhlilini aparırıq"
2023-cü ildə “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) tərəfindən ötən il ərzində 109 yeni investisiya layihəsinə baxılaraq müvafiq təhlillər aparılmışdır.
Marja.az Iqtisadiyyat Nazirliyinin məlumatına istinadən xəbər verir ki, keçən il ümumi investisiya dəyəri 560 milyon manat təşkil edən 8 layihə AİŞ-in Müşahidə Şurası tərəfindən təsdiq edilib. Sözügedən layihələrdə AİŞ-in iştirak payı 42 milyon manat məbləğində nəzərdə tutulub. Layihələrin icrası nəticəsində yeni istehsal sahələrinin yaradılması və 600-dək nəfərin daimi işlə təmin olunması planlaşdırılır.
Hal-hazırda, AİŞ xarici və yerli tərəfdaşlarla birlikdə müxtəlif sektorları əhatə edən ümumi investisiya dəyəri 2.7 milyard ABŞ dollara yaxın təşkil edən 24 layihənin təhlilini aparılır. Bu layihələr müxtəlif sənaye sahələrini o cümlədən, yaşıl və alternativ enerji, qida sənayesi, əczaçılıq, kimya və s. kimi sahələri əhatə edir.
AİŞ 2023-cü il ərzində Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılmasında da fəal iştirak etmişdir. Hökumətlər arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Saziş 24.02.2023-cü il tarixində Daşkənd şəhərində aranmış və 20.07.2023-cü il tarixində qüvvəyə minmişdir. “Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti”nin yaradılması haqqında Saziş 18.07.2023-cü il tarixində Şuşa şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 14.10.2023-cü il tarixli nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. “Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti” artıq Özbəkistanda qeydiyyatdan keçib və şirkətin ümumi kapitalı 500 milyon ABŞ dolları məbləğində təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















