Şirkət 1000 hektara yaxın baxımsız zeytun bağlarını dirçəldib
“Grand Agro” şirkətinin əsas missiyalarından biri uzun müddət baxımsız vəziyyətdə qalmış zeytun bağlarını dirçəltmək olub. Bu təşəbbüs çərçivəsində şirkət ötən əsrin 50-70-ci illərində salınmış zeytun bağlarında ağacların əsaslı şəkildə budanmasını (təxminən 1000 hektar) və təkrar becərilməsi mümkün olmayan ağacların yeniləri ilə əvəzlənməsini həyata keçirib, təmizlik işləri aparıb.
Marja.az xəbər verir ki, bu Şirkətdən bildirilib.
Müasir damcılı suvarma sistemləri tətbiq edilib, zəruri enerji infrastrukturu yaradılıb, müasir bağçılıq və aqrotexniki qulluq konsepsiyası əsasında maksimum mexanizasiya tədbirləri həyata keçirilib.
“Grand Agro” şirkətinin zeytun bağlarının bərpası istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində təkcə ekosistemin yenilənməsi deyil, həm də məhsuldarlığın xeyli artımı uğurla təmin edilib. Budanma işləri, müasir suvarma sistemləri, enerji infrastrukturu və qabaqcıl bağçılıq prinsiplərinə əsaslanan maksimum mexanizasiya tədbirləri bitkilərin sağlamlığı və məhsuldarlığı üçün optimal şəraitin yaradılmasına imkan verib. Bu səylər baxımsız vəziyyətdə olan zeytun bağlarını bərpa etməklə yanaşı, məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılmasına və məhsulların yüksək keyfiyyətinin təmin edilməsinə səbəb olub",- məlumatda deyilir.
Qeyd edilib ki, “Grand Agro” şirkətinin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hazırda şirkətin bağlarının ümumi sahəsi 3500 hektar təşkil edir.
“Grand Agro” şirkəti OLIVEA brendi altında yüksək keyfiyyətli zeytun məhsulları istehsal edib. Şirkətin məhsulları artıq BƏƏ, Rusiya, Belarus, Qazaxıstan, İspaniya, Gürcüstan, Türkiyə və Sinqapur kimi ölkələrə ixrac olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















