"Azər-Türk Bank"ın aktivləri 1 milyard manata yaxınlaşıb, xalis mənfəəti 28 faiz artıb

Dövlət bankı "Azər-Türk Bank"ın 01 yanvar 2024-cü il tarixinə aktivləri 995,5 milyon manat səviyyəsində olmuşdur.
Bu bardə Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, Bankın kredit portfelinin həcmi 447,4 milyon manat təşkil etmişdir ki, bu da ötən ilki göstəriciyə nisbətən 40% çoxdur.
Hesabat dövründə Bankın gəlirləri 92,5 milyon manat, xərcləri 78,5 milyon manat olmuşdur.
2023-cü ildə "Azər-Türk Bank" 14 milyon manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da ötən dövrdəki göstəricidən 28% çoxdur.
Bankın məcmu kapitalının həcmi 25% artaraq, 78,5 milyon manat olmuşdur.
Cəmi bank öhdəliklərinin həcmi 911 milyon manat səviyyəsindədir.
Əhali tərəfindən Banka 214,5 milyon manat məbləğində əmanət qoyulmuşdur. Ümumilikdə Bank 483 milyon manat həcmində depozit cəlb etmişdir.
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi "Azər-Türk Bank"ın uzunmüddətli və qısamüddətli kredit reytinqlərini B+/B səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz “sabit”dir.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
-
55 d. əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 58 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
