"Kristal Abşeron"dan təmirin keyfiyyəti barədə iddialara cavab- "Mənzil havalandırılmadığı üçün fəsadlar yaranıb"
"Mənzildə yaşanmadığı təqdirdə oboy və döşəmədə yarana biləcək fəsadların qarşısının alınması üçün ayda bir neçə dəfə mənzilin havalandırılmağı tövsiyə olunur. Lakin araşdırma nəticəsində məlum olmuşdur ki, mənzil sahibi tərəfindən bu tipli tövsiyələrin heç birinə əməl olunmayıb".
Son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində paylaşılmış və "Kristal Abşeron" şirkəti tərəfindən inşa olunan layihələrin keyfiyyətindən bəhs edən məlumatlar əsassız və qərəzlidir.
Marja.az xəbər verir ki, bu, "Kristal Abşeron"un yaydığı açıqlamada bildirilir:
Açıqlamada deyilir:
Təəssüf hissi ilə bildiririk ki, son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində tərəfimizdən inşa olunan layihələrin keyfiyyətindən bəhs edən bir sıra əsassız və qərəzli məlumatlar paylaşılıb.
Bugünədək "Kristal Abşeron" olaraq minlərlə sakinimizin sevincinə şərik olmaq və onları arzuladıqları mənzillə təmin etmək üçün var gücümüzlə çalışmışıq. Tikinti sektorunda daim tətbiq etdiyimiz innovativ həllərlə sakinlərimizin istəklərini təmin etmiş, dövlətimiz tərəfindən aparılan islahatların ən böyük dəstəkçilərindən biri olmuşuq. Tikinti keyfiyyəti və dayanıqlılığının təmin olunması üçün gördüyümüz işlərlə tikintisi davam edən layihələrimizə yaxınlaşaraq ətraflı məlumat əldə edə bilərsiniz.
Müxtəlf sosial şəbəkə kanalllarında və elektron media portallarında Sumqayıt şəhəri 10-cu mikrorayonda inşa etdiyimiz çoxmənzilli yaşayış binasındakı mənzillə bağlı diqqətinizə çatdırmaq istəyirik ki, sözügedən mənzil MTK ilə mənzil sahibi arasında bağlanmış 19 mart 2019-cu il 000000242 №-li təhvil-təslim aktı əsasında tam təmirli və standartlara cavab verən şəkildə müştəriyə təhvil verilmişdir, həmçinin təhvil-təslim aktı əsasında mənzil tikinti normalarına tam cavab verir. Təhvil-təslim aktının mənzil haqqında olan təlimatlar hissəsində də sakinimizə bir sıra məlumat xarakterli informasiyalar verilib. Həmin aktda qeyd olunur ki, mənzildə yaşanmadığı təqdirdə oboy və döşəmədə yarana biləcək fəsadların qarşısının alınması üçün ayda bir neçə dəfə mənzilin havalandırılmağı tövsiyə olunur. Lakin araşdırma nəticəsində məlum olmuşdur ki, mənzil sahibi tərəfindən bu tipli tövsiyələrin heç birinə əməl olunmayıb. Həmçinin qeyd etmək istəyirik ki, mənzil sahibi tərəfindən yaşadığı müddət ərzində ofisimizə hər hansı bir şikayət daxil olmayıb.
Sonda nəzərinizə çatdıraq ki, şirkətimizin işguzar nüfuzuna zərər gətirilməsi üçün məqsədli şəkildə paylaşılmış bu yalan məlumatlarla bağlı hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət olunub. Yaxın günlərdə bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
9 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
-
9 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
11 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
11 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
11 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
12 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Ən çox oxunanlar

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib
