"Yelo Bank"a 700 milyon manatdan çox vəsait daxil olub, Bankın göstəricilərində sıçrayış baş verib

2023-cü ildə "Yelo Bank"da depozitlər kəskin artıb.
Marja.az bankın maliyyə hesabatlarınıa istinadən xəbər verir ki, ötən il "Yelo Bank"da depozitlər 719 milyon 723 min manat və ya 125% (2,25 dəfə) artaraq 1 milyard 292 milyon 23 min manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 135 milyon 563 min manat artaraq 584 milyon 150 min manata, hüquqi şəxslərin depozitləri 584 milyon 160 min manat artaraq (5,3 dəfə) 720 milyon 595 min manata yüksəlib.
Depozitlərdəki böyük artım Bankın aktivlərində də əks olunub. 2023-cü ildə "Yelo Bank"ın cəmi aktivləri 744 milyon 917 min manat və ya 90,7% aratarq 1 milyard 566 miylon 452 min manata yüksəlib. Ötən il Bankda "Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait" 581 milyon 107 min manat və ya 6,5 dəfə artaraq 687 milyon 293 min manata çatıb.
Keçən il "Yelo Bank"ın kredit portfeli isə (müştərilərə verilmiş kreditlər) 142 milyon 361 min manat artaraq 764 milyon 309 min manata yüksəlib. O cümlədən istehlak kreditləri portfeli 54 milyon 189 min manat artaraq 207 miylon 637 min manata, biznes kreditləri portfeli 87 milyon 127 min manat artaraq 483 milyon 128 min manata, ipoteka kreditləri portfeli isə 1 milyon 46 min manat artaraq 73 milyon 544 min manat qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
