Qazaxıstanlı somelye Göygöl Şərab Zavodunu ziyarət edib
(®) Yanvarın 11-də Qazaxıstandan olan somelye Anastasiya Naumetskaya Göygöl Şərab Zavodunu ziyarət etmişdir. A.Naumetskaya Baş şərabçı Rasim Ömərovun müşaiyəti ilə zavodun ərazisini gəzərək istehsal prosesi ilə tanış olmuş və geniş çeşiddə şərabları dequstasiya etmişdir.
"Burada istehsal edilən zərif və ətirli ağ şərab, yaxşı balanslaşdırılmış və harmonik dada malik olan qırmızı şərab növlərini çox bəyəndim." - deyə Anastasiya şərabların keyfiyyətinə heyran qaldığını bildirmişdir.
A.Naumetskaya Azərbaycanın, xüsusilə də Göygöl Şərab Zavodunun qədim şərabçılıq tarixi və ənənələrini yüksək qiymətləndirdiyini bildirmişdir: “Azərbaycan zəngin üzümçülük və şərabçılıq ənənələrinə malikdir, hesab edirəm ki, Azərbaycan şərablarının beynəlxalq bazarlarda böyük potensialı var”.
Göygöl Şərab Zavodu daima şərab sahəsi üzrə peşəkarları zavodun fəaliyyəti, istehsal prosesi ilə tanış olmaq, o cümlədən müxtəlif məhsulları dequstasiya etmək üçün qarşılamağa hazırdır.
Qeyd edək ki, 160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun “Xan 1860” brendi altında təqdim etdiyi məhsullar, xüsusilə də nəfis dad və özəllikləri ilə tanınan “Karabakh” şərabı müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 58 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























